• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Fermerlərə dövlətdən vacib dəstək: pambığın alış qiyməti artırıldı

  • 30.08.2022, 15:27, Baxış sayı:
  • 295
Fermerlərə dövlətdən vacib dəstək: pambığın alış qiyməti artırıldı
Prezident İlham Əliyevin tapşırığına əsasən, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər.
Bundan başqa, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Artıq məhsul yığımına start verilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter