• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlılar PREZİDENTƏ yazırlar

  • 31.08.2022, 23:01, Baxış sayı:
  • 297
Sabirabadlılar  PREZİDENTƏ yazırlar
Prezident cənab İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı Birinci Qarabağ müharibəsi əlilləri tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb. Bu diqqət və qayğıya görə Sabirabad rayonundan da Qarabağ əlilləri dövlətimizin başçısına məktublar ünvanlayıblar. “Muğanın səsi” Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir:


Səfərov Zaur Adil oğlu, II qrup Qarabağ müharibəsi əlili:
- Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan. Uzun illərdir Sizin bilavasitə rəhbərliyiniz və nəzarətiniz altında ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən nəhəng sosial layihələr cəmiyyətimizdə böyük məmnunluqla qarşılanmaqda, həssas kateqoriyaya məxsus insanlarımızın rifahını, mənzil-məişət şəraitini, sosial təminatını əhəmiyyətli dərəcədə yüksəltməkdədir. Ardıcıl və sistemli şəkildə həyata keçirilən bu siyasət 44 günlük Vətən müharibəsindən sonra da eyni qətiyyət və uğurla davam etmiş, miqyas və mahiyyət etibarilə yeni mərhələyə daxil olmuşdur. İstisnasız olaraq bütün şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təmin edilməsi dövlət tərəfindən onlara çoxlu sayda xüsusi imtiyazların verilməsi, məlum kateqoriyaya məxsus vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin son nəsil protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin Vətən müdafiəçilərinə olan sevgi və qayğınızdan xəbər verir.
Möhtərəm cənab Prezident, Sizin 2021-ci il 23 dekabr tarixli Fərmanınızın icrası məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli Qərarı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydasının təsdiq edilməsi müharibə əlillərinə və veteranlara dövlət qayğısının növbəti təzahürüdür. Bu mühüm və humanist addımın daha bir əhəmiyyəti isə dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramının Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilməsidir. Sizin bilavasitə qayğınız və diqqətiniz nəticəsində həyata keçirilən sosial dəstək proqramı müxtəlif tarixi dövrlərdə Vətənin müdafiəsində dayanan, öz sağlamlığını müstəqilliyimizin möhkəmlənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımıza dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibətin sərgiləndiyini bir daha göstərir.
Cənab Prezident, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatı” İctimai Birliyinin üzvü olaraq Sizi əmin edirik ki, biz veteranlar hər zaman olduğu kimi, bundan sonra da siyasətinizi dəstəkləyəcək, dövlətimizin işıqlı gələcəyi üçün heç bir fədakarlıqdan çəkinməyəcəyik.
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın qalib Azərbaycan xalqı!

Əliyev Zülfüqar Qafur oğlu, I qrup Qarabağ müharibəsi əlili:
- Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan. Sizin rəhbərliyiniz və bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr cəmiyyətimizdə böyük rəğbət və minnətdarlıqla qarşılanır.
Şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin edilməsi, dövlətimiz tərəfindən onlara bir çox xüsusi imtiyaz və güzəştlərin verilməsi, bu kateqoriyadan olan vətəndaşlarımızın məşğulluq probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılması, müharibədə yaralanan veteranlarımızın müalicəsinin yüksək səviyyədə həyata keçirilməsi, müharibə əlillərinin ən müasir protezlərlə təmin edilməsi və bu qəbildən olan yüzlərlə sosial layihə Sizin Vətən müdafiəçilərinə olan sevgi və qayğınızın əyani göstəriciləridir.
Möhtərəm cənab Prezident, Sizin 2021-ci il 23 dekabr tarixli Fərmanınızın icrası məqsədilə Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli Qərarı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydasının təsdiq edilməsi müharibə əlillərinə və veteranlara dövlət qayğısının daha bir təzahürüdür. Bu mühüm və humanist addımın ən vacib cəhətlərindən biri də odur ki, dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramı Birinci Qarabağ müharibəsi əlillərinə də şamil edilir. Sizin bilavasitə qayğınız və diqqətiniz sayəsində həyata keçirilən həmin proqram müxtəlif tarixi dövrlərdə Vətəninin müdafiəsində dayanan, öz sağlamlığını müstəqilliyimizin möhkəmlənməsinə, torpaqlarımızın müdafiəsinə qurban verən vətəndaşlarımızın hamısına dövlətimiz tərəfindən eyni dərəcədə qayğıkeş münasibət sərgiləndiyini bir daha sübut edir.
Cənab Prezident, “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı” İctimai Birliyinin üzvü olaraq Sizi əmin edirik ki, biz veteranlar hər zaman olduğu kimi, bundan sonra da Sizin yanınızda olacağıq, dövlətimizin daha parlaq gələcəyi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Yaşasın Müzəffər Ali Baş Komandan.
Yaşasın qalib Azərbaycan xalqı.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter