Bu qayğı və diqqət bizi qürurlandırır
- 04.08.2022, 16:48, Baxış sayı:
- 304
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin növbəti humanist addımıdır.
[/b]
Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən şəhid ailələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmələr verilmişdi. Həmin fərmanın ardınca isə Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən ilin dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalamışdı. Bu fərmana qədər Birinci Qarabağ müharibəsi əlilləri qanunvericiliyin yaratdığı problemlərə görə birdəfəlik ödəmələri ala bilmirdilər. Ancaq cənab Prezident həmişə olduğu kimi, bu dəfə də məsələyə humanist yanaşdı.
Bu günlərdə Baş nazir Əli Əsədovun I Qarabağ müharibəsinin iştirakçılarına birdəfəlik ödəmələrin verilməsi qaydası ilə bağlı verdiyi qərarı müsbət dəyərəndiririk.
Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq. Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir. Bu gün başlanılan proses də bu diqqət və qayğının nəticəsidir.
Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.
Füzuli PAŞAYEV,
Qarabağ müharibəsi Əlilləri, Veteranları və
Şəhid ailələri İctimai Birliyinin Sabirabad filialının sədri