• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Laçında üçrəngli bayrağımız dalğalanır

  • 31.08.2022, 22:56, Baxış sayı:
  • 236
Laçında üçrəngli bayrağımız dalğalanır
Razi ABASOV,
Kapital Bank Sabirabad rayon
filialının aparıcı mütəxəssisi

Postmünaqişə dövrünün yeni mərhələlərindən biri də Laçın şəhərində Azərbaycan Ordusunun yerləşdirilməsi oldu.
2020-ci il10 noyabr bəyanatında açıq şəkildə göstərilirdi ki, Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra bu ərazilərdə müvəqqəti yerləşdirlən Rusiya sülhməramlıları ərazidən çıxacaq və bu ərazilərdə Azərbaycan Ordusu yerləşdiriləcək. Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələr bir-birini tamamlayır. Bəyanatda 3 il göstərilməsinə baxmayaraq, Laçın dəhlizinə alternativ olan yol daha qısa müddətdə çəkildi. Avqustun 26-da isə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu.
Prezident İlham Əliyevin "Twitter" hesabında Laçın şəhərinə qayıdışla bağlı etdiyi paylaşım, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Laçın şəhərinə daxil olması, habelə, Zabux və Sus kəndlərini nəzarətə götürməsinə dair Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevə edilmiş məruzə, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpası, eyni zamanda, on minlərlə məcburi köçkünün tezliklə öz doğma, dədə-baba yurdlarına qayıtması üçün şərait yaradacaqdır. Artıq 26 avqust Azərbaycanın tarixində, eləcə də laçınlılar üçün böyük əhəmiyyət daşayır.
Ötən günlərdə ermənilərin həmin əraziləri necə tərk etdiyinə fikir versək, görərik ki, hansı vandallıqlar törədiblər. Yenə də evləri, meşələri yandırdılar, soyğunçuluq, talançılıq əməllərindən əl çəkmədilər. Biz bu faktları Kəlbəcərin boşaldılması zamanı da gördük. Çünki onlar da bilirlər ki, bu evlər, bu meşələr, torpaqlar onlara aid deyil, heç vaxt da olmayıb. Bilirlər ki, bu ərazilərə bir də qayıtmayacaqlar. Ona görə də əsl simalarını göstərib, bu vandallığı törədirlər.
Artıq Laçın şəhərində də Azərbaycan bayrağı dalğalanır. Bu fakt bütün azərbaycanlıları, laçınlıları qürurlandırır. Digər ərazilərdən olan məcburi köçkünlər kimi, laçınlılar da torpaqlarına qovuşmağın sevincini yaşayırlar.
Digər məcburi köçkünlər kimi laçınlı soydaşlarımız da evlərini tərk etmək məcburiyyətində qaldıqları zaman bir gün qayıdacaqlarına ümid edirdilər.Onlar evlərinin qapılarını qıfıllayıb çıxmışdılar, inanırdılar ki, geri dönəcəklər. Və nəhayət geri dönürlər.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter