• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin qayıdış xəbəri bizim üçün böyük sevincdir

  • 18.08.2022, 16:54, Baxış sayı:
  • 376
Prezidentin qayıdış xəbəri bizim üçün  böyük sevincdir

Tahir MİRZƏYEV
Sabirabadda məskunlaşmış Laçın rayon sakini

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası nəzərdə tutulmuşdu. Azərbaycan üç il ərzində bu yeni hərəkət marşrutunun inşasını öz üzərinə götürmüşdü. Artıq ölkəmiz tərəfindən yeni yolun çəkilməsi başa çatdırılıb.
Prezident cənab İlham Əliyev bu günlərdə AzTV-yə verdiyi müsahibədə qeyd etdi ki, nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Dövlət başçısının mətbuata verdiyi məlumatdan da görünür ki, yaxın zamanlarda Laçın şəhəri, Sus, Zabux kəndlərində fəaliyyət göstərən Rusiya sülhməramlı kontingentinin postları köhnə yoldan yeni yola keçiriləcək. Belə olduğu təqdirdə isə Laçın şəhəri, Sus, Zabux kəndləri yenidən Azərbaycanın nəzarətinə keçəcək.
İşğal dövründə həmin ərazilərdə Ermənistan tərəfindən qanunsuz məskunlaşma həyata keçirilmişdi. Laçın şəhəri, Zabux və Sus kəndlərinə Suriyadan, Livandan gətirilmiş ermənilər qanunsuz olaraq yerləşdirilmişdi. Ermənistan tərəfinin bu addımı beynəlxalq hüquq normalarına və müvafiq konvensiyalara ziddir. İndi onlar Azərbaycanın həmin ərazilərini tərk etməlidirlər. Ermənistan tərəfi bunu da gecikdirməyə çalışırdı. Lakin Azərbaycanın qəti mövqeyi bir daha göstərir ki, Müzəffər Ali Baş Komandanımız qarşıya qoyduğu bütün məqsədlərə zaman-zaman nail olur.
Laçınlıların öz ata-baba yurdlarına əbədi qayıdacaqları günü səbirsizliklə gözləyirik. Prezident cənab İlham Əliyevin "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq" sözləri laçınlılar üçün böyük sevincdir. Biz xoşbəxtik ki, dövlət başçımız belə bir gözəl, əhəmiyyətli xəbəri verdi. Azərbaycanın bugünkü günləri ölkəmizin gələcək inkişafından xəbər verir. Əminliklə deyə bilərəm ki, Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində keçmiş məcburi köçkünlər yaxın vaxtlarda öz ata-baba yurdlarına əbədi qayıdacaqlar və orada yaşayıb-yaradacaqlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter