• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Biz laçınlılar öz ata–baba yurdlarımıza qayıdırıq

  • 31.08.2022, 22:45, Baxış sayı:
  • 300
Biz laçınlılar öz ata–baba  yurdlarımıza qayıdırıq
Tahir MƏMMƏDOV, Sabirabadda
məskunlaşmış
Laçın rayon sakini

26 avqust laçınlıların hamısının yaddaşında qalacaq böyük bir tarixi gündür. Möhtərəm cənab Prezidentimiz öz “Twiter” səhifəsində Laçın rayonunun şəhər mərkəzinin, Sus və Zabux kəndlərinin tamamilə təmizlənməsi və buraya Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daxil olması ilə bağlı müjdəni bizə çatdırdı.
Bu, çox böyük hadisədir. Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi onu göstərir ki, artıq hər hansı dəhlizdən söhbət gedə bilməz. Yeni çəkilmiş yol sadəcə yoldur. Çünki dəhlizlə yol bir-birindən tamamilə fərqli məsələlərdir. Digər tərəfdən, Qarabağla Ermənistanı birləşdirəcək ən yaxın sərhəd Laçın rayonundandır. Belə çıxır ki, Laçın rayonundakı yüksəkliklərin və şəhər mərkəzinin bizim nəzarətimizdə olması Azərbaycana növbəti strateji güc əldə edilməsi üçün imkan yaradır. Digər tərəfdən, bu ərazilərdən uzun müddət məcburi köçkün düşmüş, möhtərəm prezidentimizin dediyi kimi, ağır psixoloji travmalar keçirmiş keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaqla bağlı ümidləri özünü doğrultmaqdadır. Biz inanırıq ki, Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində bu ərazilərdə infrastruktur layihələri sürətləndiriləcək, yaşayış məntəqələrinin salınması prosesi sürətlə aparılacaqdır.
Məcburi köçkün düşmüş biz laçınlılar öz ata - baba yurdlarımıza qayıdaraq orada yaşayacağıq. Bölgədəki son ha­disələr Azərbaycanın qalib olduğunu və regionda artıq yeni reallıqların mövcud olduğunu bir daha açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməlidir.
Eşq olsun Ali Baş Komandanımıza!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter