Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının bir qrup Vətən Müharibəsi qazisi ilə növbəti görüşü olmuşdur
- 04.08.2022, 10:55, Baxış sayı:
- 322
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bir qrup Vətən Müharibəsi qazisi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Əvvəlcə rayon rəhbəri bildirib ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Xalqımızın bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdiyini, cənab Prezidentin ətrafında sıx birləşdiyini vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü ilə ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən S.Cabbarov ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışıb.
Rayon rəhbəri Vətən Müharibəsi qaziləri Bağırov Murad Çingiz oğlu və Qasımov Elşən Həbib oğlunun sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə göstəriş və tapşırıqlarını verib.