• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tədarük məntəqələrinə 9 ton yaş barama təhvil verilib

  • 07.07.2022, 09:44, Baxış sayı:
  • 320
Tədarük məntəqələrinə 9 ton yaş barama təhvil verilib
Tədarük məntəqələrinə 9 ton yaş barama təhvil verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir. Aqrar sahənin, o cümlədən Azərbaycanda zəngin tarixi ənənəyə və böyük potensiala malik olan baramaçılığın və ipəkçiliyin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ölkəmizin digər bölgələrində olduğu kimi, Sabirabad rayonunda da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər qazanılır.
Bu il dövlət tərəfindən Sabirabad kümçülərinə 315 qutu ipəkqurdu toxumu paylanıb. İpəkqurduna qulluq göstərən kümçülər yaş barama tədarükünü davam etdirirlər.
Bu günədək Sabirabad kümçüləri tərəfindən tədarük məntəqələrinə 9 ton yaş barama təhvil verilib. Bu barədə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən “Muğanın səsi” qəzetinə bildirilib.
Axısxa kənd inzibati ərazi dairəsinin kümçüləri barama tədarükü tapşırığını birinci yerinə yetirmişlər. Məhsul tədarükünə görə Kürkəndi, Qaralar, Surra, Cavad, Qasımbəyli kənd İnzibati Ərazi Dairələrinin baramaçıları da öndə gedirlər. Lakin Çölbeşdəli, Qaragüney, Azadkənd, Qalağayın kənd inzibati ərazi dairələrinin baramaçıları haqqında bunları söyləmək olmaz. Həmin kəndlərin kümçüləri barama tədarükündə geridə qalırlar.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter