• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Barama mövsümü başlandı 

  • 05.05.2021, 14:25, Baxış sayı:
  • 256
Barama mövsümü başlandı 
Sabirabad rayonunda baramaçılığın inkişafı məqsədilə davamlı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, ixracyönümlü məhsulların istehsalı ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər görülür.Ötən il rayon üzrə 10 ton 276 kiloqram barama tədarük edil­mişdir.
Aprelin 28-də 400 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən kümçülərə paylanmışdır. Kümçülər onlara əvəzsiz olaraq barama qurdu verildiyinə və baramaçılığın inkişafına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bil­dir­mişlər.
Cari ildə ən çox Nizamikənd, Quruzma, Şəhriyar, Qasımbəyli, Cavad, Qaragüney, Şıx Salahlı, Azadkənd kəndlərində ipəkqurdu bəslənəcəkdir. Kümçülərin rayon üzrə 16 ton barama istehsal edəcəkləri gözlənilir.

Məhəmməd MƏMMƏDOV,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi
bitkiçilik şöbəsinin müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter