• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Millət vəkili Əhliman Əmiraslanov ağsaqqallar və seçicilər ilə görüşüb

  • 23.06.2022, 08:39, Baxış sayı:
  • 254
Millət vəkili Əhliman Əmiraslanov ağsaqqallar və seçicilər ilə görüşüb
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov Sabirabad rayon ağsaqqalları və seçicilər ilə görüş keçirib. Görüş zamanı akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə, o cümlədən Sabirabad rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi məqsədilə icra edilən layihələr barədə məlumat verib.
Görüşdə iştirak edən ağsaqqallar Əhliman Əmiraslanovun mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirərək onları narahat edən məsələlərin həllində yaxından köməklik göstərdiyini bildiriblər. Tədbir iştirakçıları dəfələrlə xəstəliyi olan insanların müayinə və müalicəsinə, çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının təşkil edilməsi və yaxud özü tərəfindən bilavasitə icra olunmasına görə Əhliman Əmiraslanova minnətdar olduqlarını qeyd ediblər.
Sonra isə Qasımbəyli, Zəngənə, Yolçubəyli, Türkədi, Həsənli, Cavad kənd sakinləri onları narahat edən problemləri səsləndiriblər. Qeyd edilən problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub.
Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin həlli istiqamətində daim çalışdığını və müvafiq strukturların rəhbərləri ilə bəzi problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb.
Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter