• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Məktəblərdə "Son zəng" çalındı

  • 22.06.2022, 18:31, Baxış sayı:
  • 338
Məktəblərdə "Son zəng" çalındı
İyunun 14-də Sabirabadın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib.
Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində Sabirabadın ümumtəhsil məktəblərinin IX siniflərini 2287 şagird, XI siniflərini 1452 şagird bitirir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhid ailələri, qazilər, müəllim və şagird kollektivi N.Nərimanov adına 2 saylı beynəlmiləl təbiət və texniki təmayüllü məktəbin “Son zəng” tədbirində iştirak etdilər.
Tədbir dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edildi.
Tədbiri məktəbin direktoru Elşad Şərifov giriş sözü ilə açaraq məzunları təbrik etdi və təhsil ocağının uğurlarından geniş məlumat verdi. Məktəbin məzunlarını ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzuladı.
Sonra məzunları bu xoş gün münasibəti ilə təbrik edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək qeyd etdi ki, məktəblərimizdə vətənpərvər övladların yetişdiyini, doğma yurdlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğulayaraq valideynləri, şagirdləri, müəllimləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik etdi.
Daha sonra Mil-Muğan Regional Təhsil idarəsinin rəsi Rəşad Musayev çıxış edərək qeyd etdi ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahədə olduğu kimi təhsil sferasında da Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim hiss olunur. Natiq Sabirabad rayonunda da bu sahəyə xüsusi önəm verildiyini, nəticədə şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığını dinləyicilərə çatdırdı, bir daha məzunlarımıza çətin sınaq yolunda uğurlar arzuladı.
Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar təqdim edildi.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Birincilər məzunları təbrik etdi. "Son zəng" səsləndi. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə “əlvida” dedilər.
“Son zəng” tədbirləri Sabirabad rayonunun bütün məktəblərində də keçirilmişdir. Tədbirlər məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə keçirilib.
“Muğanın səsi”

Məktəblərdə "Son zəng" çalındı
Məktəblərdə "Son zəng" çalındı
Məktəblərdə "Son zəng" çalındı
Məktəblərdə "Son zəng" çalındı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter