Sabirabadın məktəblərində “Son zəng” çalındı
- 14.06.2021, 10:39, Baxış sayı:
- 331
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunun bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl edilməklə baş tutub.
Belə ki, tədbir ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilə bilər.
Tədbirdə yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak ediblər.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 3364 nəfər, XI siniflərini 1276 nəfər şagird bitirəcək
/Muganinsesi.az/