• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Şahin” hərbi-idman oyununun zona mərhələsi

  • 24.05.2022, 09:08, Baxış sayı:
  • 380
“Şahin” hərbi-idman oyununun zona mərhələsi
“Şahin” hərbi-idman oyununun zona mərhələsi
“Şahin” hərbi-idman oyununun zona mərhələsi
Sabirabad Olimpiya İdman Kompleksində “Şahin” hərbi - idman oyununun zona mərhələsi keçirilmişdir.
Yarışın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev tədbiri açıq elan etmiş və yarış iştirakçılarına uğurlar arzulamışdır. Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Əlisafa Həsənov, Mil - Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə sektor müdiri Pəhlivan Qarayev, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Azərbaycan Veteranlar Təşkilatının Sabirabad rayonu üzrə sədri Faiq Hüseynov və Vətən müharibəsinin qazisi Sabit Əsgərov çıxış edərək komandaları salamlayaraq, onlara yarışda uğurlar arzulamışlar.
Rəsmi hissə bitdikdən sonra zona yarışı başlamışdır. Gərgin mübarizə şəraitində keçən oyunlarda Neftçala rayon komandası I yerə, Salyan rayon komandası II yerə və Saatlı rayon komandası isə III yerə layiq görülmüşdür.Yarışın əsasnaməsinə uyğun olaraq Neftçala və Salyan rayon komandaları republika finalına vəsiqə qazanmışlar.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter