Yollarda ölüm saçan avtomobillər - Çıxış yolu nədədir?
- 05.05.2022, 02:52, Baxış sayı:
- 465
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün yollarda qəza təhlükəsi və sıxlıq yaradan problemlərdən biri də istismara tamamilə yarasız, bir çox hissələri işlək vəziyyətdə olmayan, Sovet istehsalı olan köhnə avtomobillərdir. Bir çox hallarda bu avtomobillərdə meyvə tərəvəz və digər əşyalar daşınır ki, bu da təhlükəni daha da artırır.
[/b]Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, bu cür avtomobillər heç bir halda istifadə edilməməlidir.
O qeyd edib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" var:
"Həmin proqramda bu məsələlər, o cümlədən köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub və yalnız bu proqramın icrası ilə köhnə avtomobillərin sayını azaltmaq olar".
Ə.Hüseynov bildirib ki, bu cür köhnə avtomobillərin istifadəsi qanunsuzdur: "qanunvericilikdə avtomobillərin yol hərəkətinə buraxılması şərtləri var. Avtomobillər texniki cəhətdən saz və istifadəyə yaralı olmalıdır. Ona nəzarət üçün də texniki baxış olmalıdır. Yol polisi bu məsələyə nəzarət etməlidir.
Digər tərəfdən də bu cür avtomolləri yola çıxaranlar məsulyyətli olmalıdır. Bu vəziyyətdə avtomobilin idarə edilməsi böyük riskdir və hər an qəza baş verə bilər. Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir".