• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Avtomobilə bayraq şəkli vurmaq olarmı?

  • 02.11.2021, 11:49, Baxış sayı:
  • 1864
Avtomobilə bayraq şəkli vurmaq olarmı?

Son zamanlar avtomobillərin üzərində qeyd olunan Azərbaycan bayrağın yerləşdirilməsi ilə bağlı mübahisələr yaranır. Dövlət Yol Polisi də bununla bağlı vətəndaşlara xəbərdarlıq edir ki, Azərbaycan Respublikası "Dövlət bayrağının istifadəsi qaydaları" haqqında № 683-IIQ nömrəli 8 iyun 2004-cü il tarixli qanuna riayət etsinlər. Bəs Azərbaycan Respublikası Dövlət bayrağı harada yerləşdirilməlidir? Qanunun 3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlərlərlə bağlı qeydlərdə göstərilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Azərbaycan Respublikası Prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, Azərbaycan Respublikası məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir. Göründüyü kimi burada avtomobillərin üzərində yerləşdirilməsi ilə bağlı hər hansı qeyd Prezidentinin, dövlət nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilməsində var. Amma digər hallarla bağlı qeyd yoxdur.

Avtomobilə bayraq şəkli vurmaq olarmı?
Sual yarana bilər ki, avtomobil nömrələrin üzərində niyə bayraq işarəsi var? Qanunla avtomobil nömrəsinin üzərində də bayraq işarəsi yerləşdirilməməlidir? Buna münasibəti və daha ətraflı qeydi hüquqşünas İrşad Hüseynov bildirib. Qeydi sizin diqqətinizə çatdırırıq.

Ölkəmizdə yol hərəkətində iştiraka buraxılan bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyat nişanı, yəni nömrəsi olmalıdır. Dövlət qeydiyyat nişanına dair tələblər AZS 005-96 standartı ilə müəyyən edilib. Bu standartda ölkəmizdə tətbiq olunan dövlət qeydiyyat nişanlarının ölçüləri, tərtibatı, onların üzərindəki yazıların və digər qeydlərin ölçüləri, rəngi, yerləşmə qaydası və başqa detallar təsbit edilib. Avtomobillərin daimi dövlət qeydiyyatına alındığını bildirən qeydiyyat nişanlarında məlum 5 rəqəmdən və latın əlifbasının 2 böyük hərfindən başqa, Azərbaycanın dövlət bayrağının rəngli təsviri, habelə "AZ" qeydi də olmalıdır.

Göstərilənlərdən hər hansı birinin, o cümlədən dövlət bayrağının təsvirinin və ya "AZ" qeydinin olmaması həmin qeydiyyat nişanının standarta uyğun olmadığı deməkdir. Standarta uyğun olmayan qeydiyyat nişanı ilə avtomobillərin yollarda hərəkəti isə qadağandır. Bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsində 60 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Özü də belə standartdan kənar qeydiyyat nişanı ilə yolda saxlanılan avtomobil mühafizə olunan duracağa, yəni cərimə meydançasına aparılmalıdır.

Onun sahibi standarta uyğun olmayan qeydiyyat nişanlarının DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində yeni standarta uyğun qeydiyyat nişanlarına dəyişdirərək öz avtomobilinin üzərinə bağlamayana qədər həmin avtomobil cərimə meydançasından buraxılmamalıdır: "Sürücülərin diqqətinə çatdırıram ki, AZS 005-96 standartı avtomobillərə verilən qeydiyyat nişanlarına 3 il zəmanət nəzərdə tutur, yəni kənar təsir (məsələn, qəza) və ya qəsdən müdaxilə olmasa, qeydiyyat nişanları ən azı 3 il müddətində özünün rəng tərtibatını və digər elementlərini saxlamalıdır. Təcrübədən məlumdur ki, qeydiyyat nişanları hətta 10 il də yararlı vəziyyətdə qala bilir. Lakin müxtəlif səbəblərdən standartdan kənara çıxan nömrələr yenilənməlidir. Nömrəni yeniləmək üçün avtomobili DYP-yə təqdim etmək lazım deyil. Bunun üçün onun sahibi DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yaxınlaşmalı, qeydiyyat şəhadətnaməsini təqdim etməklə köhnə nömrə lövhələrini təhvil verməli və cəmi 22 manat ödəməklə yeni nömrə lövhələri almalıdır. Buna görə avtomobilə texniki baxış da keçirilmir və bunu heç kəs tələb edə bilməz".

Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter