Müəssisənin balansında olan avtomobillər əmlak vergisinə cəlb olunacaqlar
- 28.01.2022, 15:17, Baxış sayı:
- 549
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklərin biri də müəssisənin balansında olan avtomobillərin əmlak vergisinə cəlb olunması ilə bağlıdır. Belə ki, əgər müəssisənin balansında avtomobil varsa artıq həmin müəssisə ona görə əmlak vergisi ödəməlidir. Misal olaraq. "A" MMC-nin balansında şəxsi istifadə üçün 3 avtomobili var. 1 ədəd müdir, 1-ni müdir müavini digərini baş mühəndis idarə edir. Həmin bu avtomobillərdə əmlak vergisinə cəlb olunacaq. Sual yarana bilər ki, avtomobillər istifadə olunmur yəni qeyri-sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulub. Bu halda da fərq etmir, həmin avtomobillər müəssənin balansında olduğu üçün əmlak vergisinə cəlb olunacaqlar. Diqqət etsək burada söhbət müəssiələrə münasibətdədir. Fiziki şəxsə münasibətdə həmin avtomobil sahibkarlıq fəaliyyətində istifadə olunursa o halda da əmlak vergisinə cəlb olunacaq.
P.S. Vergi Məcəlləsinin 199.4.3 maddəsinə əsasən fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisinə cəlb olunmur.
Rauf QARAYEV,
iqtisadçı-ekspert