• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Görkəmli ədəbiyyatşünas və istedadlı ədib Mir Cəlal Paşayevin anadan olmasından 114 il ötür

  • 28.04.2022, 14:30, Baxış sayı:
  • 373
Görkəmli ədəbiyyatşünas və istedadlı ədib Mir Cəlal Paşayevin anadan olmasından 114 il ötür
Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 26 aprel 2022-ci ildə Sabirabad rayon Mədəniyyət Mərkəzində görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümü münasibətilə tədbir təşkil olunmuşdur.
Tədbirdə Sabirabad rayon Mərkəzi kitabxanasının fondunda yer alan Mir Cəlal Paşayevin əsərlərindən, onun haqqında yazılmış bioqrafiyalardan ibarət kitab sərgisinə baxış keçirilmişdir.
Tərbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd etmişdir ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük şəxsiyyətdir. Həyatını elmimizin və ədəbiyyatımızın inkişafına sərf edən bu böyük şəxsiyyət xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Tədbirdə “Addım” Gənclər Təşkilatının sifarişi ilə yazıçının "Kəmtərovlar ailəsi" hekayəsinin motivləri əsasında lentə alınmış "İki yad adam" filmi nümayiş olunmuşdur. Filmin nümayişində Sabirabad rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin filmin yaradıcı heyəti - layihənin rəhbəri, “Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə, əməkdar artist Gülşad Baxşıyeva, baş rol ifaçıları Riyad Abdul və Duyğu Dəvəli də iştirak etmişlər.
Nümayişdən əvvəl layihə rəhbəri Hüseyn Cavadzadə çıxış edərək filmin ekranlaşdırılması barədə ətraflı məlumat vermişdir.
Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Nümayişdən sonra yaradıcı heyətin üzvləri film barədə öz fikirlərini bölüşmüşlər.
Qeyd edək ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən World Cultural Open Organizationun dəstəyi ilə keçirilən Grand Asian Film Festivalının final gecəsində nümayiş olunub. Daha sonra filmə "Ən yaxşı sosial mövzuda film" və "Ən yaxşı aktyor oyunu" nominasiyasında mükafatlar təqdim olunub.


Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter