• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür. Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı

  • 27.04.2021, 08:12, Baxış sayı:
  • 550
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
28 aprel- Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümüdür.   Mənəviyyat zirvəsi, şəxsiyyət ucalığı
“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub.
Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi.
Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhvali-ruhiyyədədirlər. Onlar bu əhvali-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
...Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm”.
Bu fikirləri Heydər Əliyev 1995-ci ildə Zərifə Əliyevanın vəfatının 10-cu ildönümündə onun məzarını ziyarət edərkən söyləyib...


2021-ci il aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın 98 yaşı tamam olur. Görkəmli alim Azərbaycanın məşhur dövlət və ictimai-siyasi xadimi, tibb təhsili və səhiyyəsinin qurucularından biri olan professor Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi idi. Əziz Əliyevin ömür yoluna nəzər salsaq görərik ki, Zərifə xanım necə mürəkkəb bir dövrdə həyata qədəm qoyub. Ailənin yaşadığı bütün çətinliklər onun təbiətində öz əksini tapmış və ona bu anlarda iradəli olmağı öyrətmişdir. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. O, bənzəri olmayan işıqlı bir şəxsiyyət idi. Çünki onun yanında atası Əziz Əliyev və ömür-gün yoldaşı, sadiq dostu, sonralar həyatında böyük rol oynamış, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyev kimi şəxsiyyətlər vardı. Zərifə xanımın elmə gəlməyi gözlənilən idi. Şübhəsiz ki, onun həkim-oftalmoloq peşəsini seçməsində elmə bağlı olan atanın və ailənin böyük təsiri olmuşdur.
Zərifə xanım Əliyevanın ailəsi о dövrün qabaqcıl fikirli ziyalı təbəqəsinə aid idi. Azərbaycanın elm və mədəniyyət xadimləri onların evlərinin daimi qonaqları olardı. Dövrün görkəmli şəxsiyyətləri ilə ailəvi və mənəvi yaxınlıq, onların humanist dəyərlərlə bağlı diqqətəlayiq söhbətləri uşaqların milli ruhda formalaşmasında böyük rol oynayırdı. Zərifə xanım, eyni zamanda müxtəlif mədəniyyət sahələri ilə maraqlanırdı. Azərbaycan və rus dillərində gözəl danışır, elmi əsərlər yazır, dünya mədəniyyətini dərindən bilirdi. Onun ədəbiyyat sahəsində bilikləri, incəsənət, xüsusilə təsviri sənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirirdi. Musiqi istedadı, musiqiyə olan məhəbbəti ilə seçilirdi. Azərbaycan xalq mahnılarını çox sevirdi, klassik və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək qiymətləndirirdi.
Amma öncə Zərifə xanım böyük oftalmoloq alim, gözəl pedaqoq idi. Bu insanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri о qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu dahi insanın geniş diapozonlu şəxsiyyət olduğunu hər an görmək olurdu. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım sözün əsl mənasında bu sahənin ilk tədqiqatçısı olmuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır.
Görmə orqanının peşə patologiyası sahəsində reallaşdırdığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliiyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd olunmalıdır ki, Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk alim-qadın idi. Məşhur oftalmoloq, akademik M.Krasnov alimin görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri ola bilərdi. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusı diqqət yetirmişdir. Akademik keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olaraq böyük ictimai işlər görmüşdür. Alim həmçinin “Oftalmologiya xəbərləri” jurnalının da redaksiya heyətinin üzvü olmuşdur. Zərifə Əliyeva elmi, yaradıcı, ictimai sahələrdə göstərdiyi xidmətlərə görə orden və medallarla təltif olunmuşdur. Azərbaycanın əməkdar elm xadimi kimi yüksək ada layiq görülmüşdür.
Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür-gün yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım çox böyük həyat yolu keçmişdi: həkim oftalmoloqdan başlayaraq o, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, professoru, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəliyi kafedrasının müdiri vəzifələrinə qədər yüksəlmişdir. Ömrünün son günlərinə qədər elmi tədqiqatlarını davam etdirirdi.
Zərifə xanım Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdur. Zərifə xanım övladlarını bütün varlığı ilə sevən ana idi. Tanrının ona bəxş etdiyi qızı Sevili və oğlu İlhamı həyatının ən böyük neməti hesab edirdi. Ömrünü övladları üçün şam kimi əridən analardan olaraq onların təhsil, tərbiyə almasına, şəxsiyyət kimi formalaşmasına böyük zəhmət sərf etmişdi. Övladlarına həmişə qayğı, sevgi ilə yanaşmış, ən nəcib keyfiyyətlər aşılamış, onlara ən yaxşı nümunə olmuşdu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev xatirəsində deyir: "Anamın vəfatından sonra mənim, eyni zamanda bizim ailənin həyatı çox dəyişdi. Mən daha onun sağlığındakı kimi gülə bilmirəm. İllər keçsə də, həyatımda hansısa sevindirici hadisə baş verirsə, mən təəssüflənirəm ki, anam bunu görmədi, o indi sağ olsaydı, çox sevinərdi".
Amma bircə təsəlli var ki, Zərifə xanım hər bir ananın ən çox arzuladığı hadisənin sevincini yaşadı, övladının toyunu görmək ona nəsib oldu. Görkəmli yazıçı Mir Cəlalın nəslindən olan Mehriban xanım Heydər Əliyev ocağına gəlin köçdü.
Onda İlham Əliyev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olmuşdu. Mehriban xanım isə Moskva 1-ci Tibb İnstitutunda təhsil alırdı. Zərifə xanım öz söhbətləri ilə oftalmologiya ixtisasını ona o qədər sevdirmişdi ki, Mehriban Əliyeva da məhz bu peşəni seçməyə qərar vermişdi.
Mehriban xanım Əliyeva xatırələrində deyir: "Təəssüf ki, mən Zərifə xanımla çox az ünsiyyətdə ola bildim, 1983-cü ildə biz tanış olduq, 1985-ci ildə isə o vəfat etdi. Bu istedadlı və cazibədar qadını mən indi də çox böyük ehtiramla xatırlayıram..."
1985-ci il aprelin 15-də Moskva şəhərində əbədiyyətə qovuşan akademik Zərifə xanım Əliyevanın cənazəsi sonralar Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda atasının qəbrinin yanında dəfn olundu.
Zərifə xanım şəxsiyyətini əziz tutan görkəmli heykəltəraş, monumental “Elegiya” əsərinin müəllifi akademik Ömər Eldarov Zərifə xanım haqqında xatirələrində yazır: “Mən Zərifə xanımla xoş bir təsadüf nəticəsində tanış olmuşam. Naxçıvan şəhərində iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyevin büstünü hazırlayırdım. Xalqımızın bu böyük oğlunun həmin büstünün kamil və obrazlı çıxması üçün var gücümdən istifadə edirdim. Bu, olduqca məsuliyyətli bir iş idi. Həmin ərəfədə Zərifə xanım iki dəfə mənim emalatxanama təşrif buyurdu. O, uzun müddət büstü seyr edərək hərdən elə təkliflər irəli sürürdü ki, heyrətlənirdim. Axı o, böyük tibb alimi olsa da, heykəltəraş deyildi. Mən o vaxtlar təəccübümü gizlədə bilməyərək ondan soruşdum ki, heykəltəraşlığın sirlərini haradan bilir. O, bu zaman gülümsəyib dedi: “Bunun üçün heykəltəraş olmaq lazım deyil. Mərmərdən yaratdığınız insanı məndən yaxşı kim tanıya bilər ki…” Həmin qısa zaman ərzində mən özümdən asılı olmayaraq bir heykəltəraş kimi onun işıqlı obrazını beynimə həkk edə bilmişdim”.
Tale elə gətirdi ki, heykəltəraş Ömər Eldarov Fəxri xiyabanda ziyarətgaha çevrilən və akademik Zərifə xanım Əliyevanın xatirəsini əbədiləşdirən və əsl şedevr olan “Elegiya” əsərini yaratdı. O, beyninə o vaxtdan həkk etdiyi Zərifə xanımın işıqlı obrazını yenidən dünyaya bəxş etdi.
Heydər Əliyev Zərifə xanımlı həyatını belə xatırlayırdı:
- Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. İllər keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.
Böyük inam hissi ilə və tərəddüdsüz demək olar ki, həm tibbi, həm də digər sahələr üzrə biliklərə yiyələnən bütün Azərbaycan gənclərinin yollarına işıq saçan görkəmli ictimai xadim və elm xadimi, akademik Zərifə xanım Əliyevanın bitib-tükənməz zəngin irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, elmin, təhsilin yeni zirvələrini inamla fəth edəcəklər. Bu da dünya şöhrətli alimin xatirəsinin anım günündə ona olan ən dəyərli hörmətin, dərin ehtiramın nümunələrindən biri kimi ölkəmizin tibb tarixində özünə yeni cığırlar, yeni yollar açacaq.
İ. ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter