• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə səslənir

  • 20.04.2022, 23:33, Baxış sayı:
  • 295
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə səslənir
Azərbaycanın müasir tarixində və dünya oftalmologiya elmi sahəsində parlaq, silinməz izlər qoymuş unudulmaz insan, böyük alim, akademik Zərifə xanım Əliyeva aprel ayında dünyaya gəldiyi kimi, bu ayda da dünyasını dəyişib. Lakin cahana həyat bəxş edən Günəş bir damla suda əks olunduğu kimi, Zərifə xanım Əliyevanın da uca adı, təkrarsız şəxsiyyəti, ali insanlığı onun yadigar sözlərində, işıqlı əməllərində öz əksini taparaq yaşayır.
Çox təəssüf ki, amansız ölümün bizdən erkən qopardığı Zərifə xanım Əliyeva onun dahi ömür-gün yoldaşı Heydər Əliyevin və əziz oğlu İlham Əliyevin rəhbərliyilə müasir Azərbaycanda baş verən misilsiz dəyişikliklərin, yüksək inkişafın canlı şahidi ola bilmədi. Lakin heç şübhəsiz, onun işıqlı ruhuna əyan oldu ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanı bəlalardan xilas edərək dö­­v­­lət­çiliyimizin möh­kəm tə­mə­lini qoydu, öl­kəmizi geniş, da­vamlı inkişaf yoluna çıxardı. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu aydın yolu böyük uğurla davam etdirərək tariximizin ən parlaq səhifələrinə fateh sərkərdə, qalib rəhbər kimi imza atdı. Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü döv­lətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır. Sözsüz ki, unudulmaz Zərifə xanım Əliyevanın pak ruhunu sevindirən çox mühüm bir cəhət də var: Ulu Öndər Heydər Əliyevlə Zərifə xanımın müqəddəs ocağının işığı, hərarəti Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində bütün Azər­baycana ya­yılıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter