Bu günlər Ümummilli Lİderimiz Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı Akademik Zərifə xanım Əlıyevanın keçdiyi şərəfli həyat yolu hörmətlə qeyd olunur.
Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əlıyevanın anadan olmasının 99-cu ildönümü tamam olur.
Zərifə Əziz qızı Əlıyeva 1923-cü ilin aprelin 28-də dövrünün görkəmli içtimai-siyası və elm xadimi Əziz Əlıyevin ailəsində, Şərur rayonunun Şaxtaxtı kəndində dünyaya gəlıb. Onun valideynləri Əziz Əlıyev və Leyla Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar. Ermənilərin azərbaycanlılara qarşı məqsədli surətdə həyata keçirdiyi soyqrımı siyasəti və təqiblər onları Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib.
Ömrünü tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnistitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə İnistitutu əla qiymətlərlə bitirir. Qısa müddətdən sonra Zərifə xanım Əlıyeva həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan geniş yayılmış traxoma infeksion xəstəlıyinə qarşı mübarizə aparır. Bu xəstəlıyə qarşı təsirli müalicə üsullarının olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir. Həkim-oftalmoloqlara məruzələr oxuyur, əhalı arasında maarifləndirmə aparırdı.
Eyni zamanda Zərifə xanım Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnistitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmolaq ixtisasına yiyələndi. Vətənə qayıdan Zərifə xanım Əlıyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlıkləri İnistitutunda elmi işçi kimi fəaliyyətə başladı, 1950-ci ildə isə aspiranturaya qəbul oldu. O, bu müddətdə həm praktik əməlı həkim fəaliyyəti ilə məşgul olur, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəlıyinin aradan qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, o dövr üçün yeni olan antibiotikdən-sintomisindən istifadə olunmasına həsr edir. Zərifə xanım Əlıyevanın bu sahədə tədqiqatlarının nəticələri 1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa birləşmələri və traxomanın müalıcəsi” mövzusunda uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapıb.
1968-ci ildən başlayaraq Zərifə xanım Əlıyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olub. Bu sahənin əhatə dairəsinin şox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlıkləri probleminə dərin və çoxsahəlı marağını Zərifə xanım Əlıyeva bütün həyatı boyu itirməyib. Alım dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını qoyub. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fizalogiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi elmi məqalələr və monoqrafiyalar çap etdirib.
Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlıkləri İnistitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndiriblər.
Zərifə xanım Əlıyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilib. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əlıyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.
Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəlıyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” rəngli illüstrasiyalarla “Azərnəşr” tərəfindən, digər monoqrafiya isə “İridodiaqnostika” adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əlıyeva yazmışdır.
Zərifə xanım Əlıyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alım dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin- “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiya peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alımə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəlıklərini öyrənmiş və bu xəstəlıklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır.
Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əlıyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Onun bu mövzuya dair baxışları əks olunan “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyaları ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademık Zərifə xanım Əlıyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi. O keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyyətinin üzvü olmuş, “Əməkdar Elm xadimi” fəxri adına layiq görülmüşdür.
Elmi, ictimai fəaliyyətə paralal olaraq, Zərifə xanım həm də qayğıkeş ana, layiqli ömür-gün yoldaşı olub. Bu keyfiyyətləri o, öz ailəsində gördüyü yüksək mənəvi mühitdən qazanıb. Zərifə xanım və onun həyat yoldaşı, Ümummilli Lider Heydər Əlıyev sahib olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri layiqli vətəndaş kimi yetişdirdikləri övladlarına ötürüblər.
Zərifə xanım övladlarını bütün varlığı ilə sevən ana idi. Tanrının ona bəxş etdiyi qızı Sevili və oğlu İlhamı həyatının ən böyük neməti hesab edirdi. Ömrünü övladları üçün şam kimi əridən analardan olaraq onların təhsil, tərbiyə almasına, şəxsiyyət kimi formalaşmasına böyük zəhmət sərf etmişdi. Övladlarına həmişə qayğı, sevgi ilə yanaşmış, ən nəcib keyfiyyətlər aşılamış, onlara ən yaxşı nümunə olmuşdu. O, cəmiyyətdə Azərbaycan qadını adının dəyərini, qadın fəallığı ənənələrinin ən gözəl xüsusiyyətlərini təmsil edən ziyalı Azərbaycan xanımı, evdə, ailədə isə doğmalarından sevgisini bir an belə əsirgəməyən qayğıkeş ana idi.
Həm Zərifə xanım Əlıyeva, həm də Ulu Öndər həyatlarının sonunadək gərgin fəaliyyətləri ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı həyat yoldaşı olmaqla bərabər, Zərifə xanım Ulu Öndərə mənəvi dayaq olub. Zərifə xanım Əlıyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib.
Dövlətimiz bu dəyərli alimin xatirəsini əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlıkləri İnistitutu, Naxçıvanda isə şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində Zərifə xanımın adına istrahət parkı salınıb. Paytaxtda, eləcə də Naxçıvan şəhərində Zərifə Əlıyevanın adını daşayan küçə var.
Azərbaycan xalqı, o cümlədən, respublikanın elmı ictimaiyyəti bu görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad edilir.
Zərifə xanımın işıqlı obrazı, parlaq xatirəsi daim anılaraq qədirbilən xalqımızın qəlbində əbədi yaçayacaq.
Ənvər LUMANOV,
“Sabirabad
Rayon Mərkəzi
Xəstəxanası” publik hüquqi şəxsin
direktoru