• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əlamətdar gün qeyd edilmişdir

  • 21.04.2022, 00:06, Baxış sayı:
  • 326
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və İdarənin əməkdaşları tərəfindən Sabirabad rayon Qalağayın kəndinin ərazisində yerləşən 1657-ci ildə tikilmiş tarixi abidə olan Qalağayın kənd məscidi ziyarət edilmişdir. Məscidin tarixi haqqında ziyarətçilərə məlumat verilərək bildirilmişdir ki, abidə tikildiyi dövrdən son illərə qədər müxtəlif vaxtlarda təmir olunaraq indiki müasir formaya salınmasına baxmayaraq öz tarixiliyini qoruyub saxlamışdır. Abidənin ətrafı qədim yaşayış məskəni olmuşdur.
Mədəniyyət könüllülərinin iştirakı ilə Sabirabad şəhərində yerləşən XIX əsr abidəsi olan Hamam ziyarət olunmuş, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sabirabad rayonu üzrə əməkdaşı İntiqam Ağamalıyev tərəfindən hamamın tarixi və özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir. Sonda abidənin həyətyanı sahəsində təmizlik işləri aparılmışdır.
Əlamətdar gün qeyd edilmişdir
Əlamətdar gün qeyd edilmişdir
Əlamətdar gün qeyd edilmişdir
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter