• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA

  • 20.05.2021, 14:44, Baxış sayı:
  • 577
Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA

Sabirabadda 120 yaşlı “Köhnə hamam” dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.

Bu barədə Oxu.Az-a sözügedən tarixi abidə barədə Mirismayıl Tağıyev məlumat verib. O deyir ki, Sabirabadda yerləşən yerli əhəmiyyətli hamamı onun babasının atası Seyid Mirmusa Tağıyev inşa etdirib:

“Bu hamam yerli əhəmiyyətli tarixi memarlıq abidəsidir. Hamam çox baxımsız haldadır və aidiyyəti qurumlar tərəfindən laqeyd münasibət sərgilənir. Bu hamamı adını gizli saxlayan bir şəxsə satmaq istəyirdilər, lakin mən maneə oldum. Hərraca çıxarılması ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra hərrac məsələsi dayandırıldı. Sata bilmədikləri üçün hamamı bir ay ərzində iki dəfə yandırdılar. Bir əsrdən çox tarixi olan “Köhnə hamam” 2001-ci ildə qeydiyyata alınıb, 2005-ci ilə qədər isə fəaliyyət göstərib. İlkin görünüşünü qoruyub saxlasa da, hazırda baxımsız haldadır. Sabirabad rayonu üzrə dövlət qeydiyyatına alınan 17 yerli əhəmiyyətli tarixi memarlıq abidəsindən biridir.

Hamam 1900-cü ildə Sabirabad rayonunun Füzuli küçəsində inşa edilib. Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə məktub ünvanladım. Məktuba cavab olaraq icra hakimiyyətindən gələn cavabda abidənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 02.08.2021-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli tarix və memarlıq abidəsi olması göstərilib. Buna baxmayaraq bəzi qüvvələr hətta 100 illik ağacların dibinə benzin töküb yandırıblar ki, ağaclar hamamın üzərinə aşsın. Bununla da abidəni məhv edib, dağıdaraq satmaq istəyənlər var”.

Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayonu, Füzuli küçəsi, 27 ünvanında yerləşən hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb:

“Qeyd olunan abidə Sabirabad rayon Kommunal Müəssisələri Kombinatının balansındadır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq abidənin təmir-bərpa olunması balansında və ya istifadəsində olan qurum tərəfindən aparılır. Abidənin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilməli və görüləcək işlər Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında həyata keçirilməlidir”.
Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA
Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA
Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA
Bir əsrdən çox yaşı olan tarixi abidə satışa çıxarılır? - AÇIQLAMA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter