• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Soyqırıma yox deyək!”

  • 09.04.2022, 14:58, Baxış sayı:
  • 249
Sabirabad Rayon İcra Hakimiyyətinin və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Soyqırıma yox deyək!” adlı tədbir keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, İkinci Qarabağ savaşının qaziləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Toplantının əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“Soyqırıma yox deyək!”
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, həmin təşkilatın sədr müavini Çingiz Bayramov, birliyin üzvlərindən Zakir Məmmədov,Vətən müharibəsinin qazilərindən Kazım Tağızadə, Amil Abbaslı, rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev və başqaları çıxış etmişlər.
“Soyqırıma yox deyək!”
“Soyqırıma yox deyək!”
“Soyqırıma yox deyək!”
“Soyqırıma yox deyək!”
“Soyqırıma yox deyək!”
“Soyqırıma yox deyək!”
Tədbirdə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni vəhşiliklərindən danışılmışdır. Qeyd edilmişdir ki, erməni vəhşiliklərini ifşa etmək, Xocalı soyqırımını dünyaya çatdırmaq üçün sosial şəbəkələrdə aktiv olmaq, informasiya resurslarımızı bu yöndə olan məlumatlarla zənginləşdirməliyik. Daha sonra vurğulanmışdır ki, son 200-220 il ərzində erməni terrorçularının bütövlükdə türk dünyasına qarşı törətdikləri vəhşilikləri unutmamaq üçün bu cür tədbirlərin mütəmadi keçirilməsinə ehtiyac vardır.
Natiqlər eyni zamanda bildirmişlər ki, bu gün biz qalib ölkəyik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Vətənimizi dardan qurtardı. Müzəffər Azərbaycan Ordusu Qarabağı azad etdi, şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbirdə Vətən müharibəsində fərqlənən qazilərə Fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı “Günəşin batdığı yer” adlı sənədli film nümayiş olunmuşdir.
“Muğanın səsi”
“Soyqırıma yox deyək!”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter