• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident seçkilərinin nəticələri xalqımızın iradəsini əks etdirib

  • 09.04.2022, 14:43, Baxış sayı:
  • 375
Prezident seçkilərinin nəticələri xalqımızın iradəsini əks etdirib


Xuraman AĞAYEVA,

“Əməkdar
müəllim”


2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Xalqın yenidən cənab İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına qarant qazandı.
Cənab Prezident Azərbaycan xalqı üçün əvəzsiz bir lider olmağı bacardı. Ölkədə aparılan köklü islahatlar, ölkənin iqtisadi potensialının gücləndirilməsi istiqamətindəki əldə edilən uğurlar, şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə ayrılan diqqət və qayğı, ölkədə təmin olunan siyasi sabitlik, təhlükəsiz və sosial rifahın yaxşılaşdırılması yolunda görülən işlər cənab İlham Əliyevin birmənalı şəkildə Ümummilli Liderin davamçısı olduğunu sübut edir. Qarabağ zəfəri, Şuşada Azərbaycan bayrağının dalğalanmasına nail olunması, mehriban qonşuluq siyasəti, Qarabağın münaqişə zonasından beynəlxalq maraqların kəsişdiyi əlverişli plasdarma çevrilməsi, Beynəlxalq arenada Azərbaycanın artan nüfuzu –bütün bu sadalananlar bu gün Azərbaycanın beynəlxalq siyasi müstəvidə əldə etdiyi müvəffəqiyyətlərdir.
Azərbaycanda 19 il ərzində o qədər işlər görülüb ki, bunlar, əslində, 19 ilə sığmayan işlərdir. Əlbəttə, biz qələbədən danışırıq, amma bilirik ki, qələbə yalnız 44 gün ərzində görülmüş işlərlə əmələ gəlməyibdir. Ordunun quruculuğu, milli müdafiə sənayesinin quruculuğu, iqtisadiyyatın gücləndirilməsi, orduya ayrılan büdcə vəsaitləri, güclü, peşəkar kadrların, hərbçilərin yetişdirilməsi, vətənpərvər gənc nəsillərin tərbiyəsi, dövlət-xalq birliyinin təmin edilməsi, beynəlxalq səviyyədə Azərbaycanın haqlı davasına daha çox insanın vaqif olmasının təmin edilməsi, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda duyulması və bu istiqamətdəki onlarla digər tədbirlər nəticə etibarı ilə bizim qələbəmizə gətirib çıxarıbdır.
Bir sözlə, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ona görə də, Azərbaycan xalqı əmindir ki, ölkədə sülh, əmin-amanlıq, tərəqqi, inkişaf, sabitlik hüquqi dövlət quruculuğu kimi önəmli faktorlar, sadəcə, cənab İlham Əliyevin rəhbərliyi altında kök salacaqdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter