• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir

  • 08.03.2022, 08:50, Baxış sayı:
  • 383
Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir
Hər il 8 mart tarixində qadınların iqtisadi, ictimai və siyasi mübarizəsi, habelə qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümlüyünü ənənəvi hala gətirmiş bayram Beynəlxalq Qadınlar Günü qeyd olunur. Dünyanın bir çox yerində olduğu kimi Azərbaycanda da bu gün böyük təntənə ilə qeyd olunur. Azərbaycan qadınları yüzillərboyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olmuşlar. Azərbaycanda cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Bu illər ərzində ölkəmizin sosial və siyasi inkişafı bütün sahələrdə gender bərabərliyinin təmin olunması, Azərbaycan qadınlarına özünü reallaşdırmaq, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirak etmək imkanları yaradıb. Azərbaycan tarixində Sara Xatun, Məhinbanu Sultan, Bəyixanım, Xeyransa bəyim, Xurşidbanu Natəvan, Nigar Rəfibəyli, Zərifə xanım Əliyeva, Aida xanım İmanquliyeva kimi silinməz izlər qoyan görkəmli qadın şəxsiyyətlərimiz öz dərin zəkaları, tükənməz daxili potensialları ilə mədəniyyətimizə, elimizə layiqli töhfələr vermişlər. Müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir.
Qadınlarla bağlı siyasətin gücləndirilməsi dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edən Ümumilli lider Heydər Əliyev 2000-ci ildə 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı “Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza millətimizə daim ucalıq gətirir.” deyə qeyd etmişdir. Ulu öndər Heydər Əliyev ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən biridir. Cənab Prezident İlham Əliyev tərəfindən aparılan güclü dövlət-qadın siyasətinin məntiqi nəticəsidir ki, bu gün qadınlar üçün uyğun şəraitin yaradılması: məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində, gender bərabərliyinin inkişaf etdirilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir və bu sahədə bir çox strategiyalar, fəaliyyət planları, qanunlar, dövlət proqramları qəbul olunmuşdur. Azərbaycanda qadın hərakatının formalaşmasında, onların hüquqlarının qorunmasında, ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, ölkə hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks səda doğurur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər, geniş və məqsədyönlü fəaliyyəti ilə bu gün Azərbaycan qadınının tərəqqi və inkişaf yolunda olduğunu təsdiq edir. Bəli, bu gün Azərbaycan qadını öz ölkəsinin əmin-amanlığı, övladlarının səadəti, xoşbəxtliyi naminə dövlətimizin yürütdüyü daxili və xarici siyasətə yüksək dəyər verir.
Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan Azərbaycan qadının şərəfli təmsilçiləri olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə vətənə xidmət edən xanımların xidmətlərini unutmayacaq. Azərbaycan qadının istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlətdə gördüyü işlər hər zaman xüsusi fərqlənib. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki layiqli yeri dövlətimizin uğurlu sabahını, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.

Afaq Xankişiyeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam
orta məktəbinin tədris işləri üzrə müavini
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter