• 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 
  • 12:28 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Türkədi kəndində vətəndaşları qəbul edib 

“İstəyimiz nəticəsiz qalıb”

  • 27.02.2022, 12:23, Baxış sayı:
  • 249
“İstəyimiz nəticəsiz qalıb”
Hörmətli redaksiya.
Ailəmiz Ulacalı kəndində yaşayır. 5 uşaq anasıyam. Həyat yoldaşım Emin Babayev III qrup əlildir. Heç bir yerdən gəlirimiz yoxdur. Yalnız onun aldığı pensiya ilə dolanırıq.
Uşaqların hamısı məktəblidir. Onları məktəbə yola salmaq imkanımız yoxdur. Ulacalı bələdiyyəsindən icarəyə 2 hektar torpaq sahəsi istəmişik. Lakin torpağı əkib-becərmək, balalarımı dolandırmaq üçün bələdiyyəyə dəfələrlə müraciət etsək də istəyimiz nəticəsiz qalıb.
Bələdiyyədən icarəmizə torpaq sahəsinin verilməsinə yardımçı olmağınızı xahiş edirik.

Elnarə BABAYEVA,
Ulacalı kənd sakini
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter