• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

CİDDİ SİQNAL. Sabirabadda internet niyə “xəstə”dir?!

  • 02.06.2021, 16:09, Baxış sayı:
  • 609
CİDDİ SİQNAL.  Sabirabadda internet niyə “xəstə”dir?!
CİDDİ SİQNAL.  Sabirabadda internet niyə “xəstə”dir?!
XXI əsrin 21-ci ilində 30-dan çox kənddə nəinki internet, heç telefon da yoxdur

Sabirabad rayonunda internet çox acınacaqlı vəziyyətdədir. Saatlarla və yaxud günlərlə işləmir. Heç uzağa getməyək. Birinci özümüzdən başlayaq. Redaksiyada və həmçinin evdə internetin daimi abunəçisiyik. İşimiz birbaşa internetlə bağlıdır. İnformasiya əldə etmək və ötürmək onsuz demək olar ki, mümkün deyil. Ancaq gəl ki, “internetin əlində bezara” qalmışıq. Bir məlumatı aidiyyati təşkilata göndərmək üçün vaxt itiririk. Əsəbləşəndə də tez Telekommunikasiyada internet işinə baxan Qaroğlanı axtarırıq. O da hər kəsin bildiyi "sehrli" bir ifadəni işlədir: “Təmir işləri gedir, problem tezliklə aradan qaldırılacaq”. Ancaq niyəsə bu təmir sonsuzluğa doğru uzanır.
Hara gedirik? Bir-birimizi aldatmaqla internet keyfiyyətli olacaqmı?
Qısa araşdırma apardıq. Öyrəndik ki, hələlik rayonda köhnə texnologiyadan-ADSL-dan istifadə olunur. Mütəxəssislər deyirlər ki, “ADSL texnologiyası telefon xəttinin üzərinə olan internetdir. Rayonda 90 faiz əhalinin interneti ev telefon xəttinin üstündədir. Ev telefonundan istifadə etmirlər, çünki hamının mobili var. Amma ev telefonu xəttinin üstündə olan internetdən istifadə edirlər. Bu isə köhnə texnologiyadır. Avropada, inkişaf etmiş ölkələrdə demək olar ki, bu texnologiya sıradan çıxarılıb. Bizə qonşu olan ölkələrin internet provayderlərinin siyahısına daxil olanda orada ADSL texnologiyasına rast gəlmək olmur. Çünki həmin ölkələrin hamısında kabel internetindən istifadə olunur”.
Rayonda internetin keyfiyyətsiz olmasının başqa səbəbləri də var. Provayderlərin bu işə qeyri-ciddi yanaşması öndə gəlir. Hər dəfə də onlarla əlaqə saxlayanda deyirlər ki, “günah yüklənmədədi”. Ancaq bu o demək deyil ki, vətəndaşlar haqsızdır. Provayderlər işini elə qurmalıdır ki, onun müştərisi müqavilədə göstərilən sürəti ala bilsin. İnternetdə yüklənmənin olub-olmamasının müştəriyə heç bir aidiyyəti yoxdur.
Digər səbəb isə Telekommunikasiya qovşagının telefon rabitəsini düzgün qura bilməməsidir. Əgər internet telefon xəttinin üzərindədirsə, deməli həmin xətlərin saz olması çox mühümdür. Xətlər isə telefon çəkilən yaxın kəndlərin bir çoxunda ya çürük dirəklərlə, ya da ağac budaqlarında aparılır. Bir balaca külək əsən kimi həmin “dirək”lərdəki xətlərlə verilən internet də həftələrlə işləmir.
Ümumiyyətlə, kəndlərin çoxunda nəinki internet, heç telefon rabitəsi də yoxdur.
“Qəzli, Yenikənd, Qaraqaşlı, Qəfərli, Qaralı, Balvar, Kovlar kəndlərində telefon və internet xətləri, Qalağayın, Kürkəndi, Suqovuşan, Yastıqobu, Əsədli, Axısxa kəndlərində isə internet xətti yoxdur”. Bu sözlər 63 saylı seçki dairəsindən deputat seçilmiş Kamal Cəfərovun Milli Məclisin iclasındakı çıxışındandır.
Ancaq əslində 64 və 65 saylı seçki dairəsini əhatə edən 30-dan çox kənddə də rabitə yox dərəcəsindədir.
Sabirabadda rabitə sahəsində ciddi dönüş yaratmağın vaxtı çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da videoformatda qəbul edərkən yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin “Həmkarlarımla birlikdə nazirliyin səlahiyyətləri çərçivəsində qəbul edəcəyimiz bütün qərarların və atacağımız bütün addımların əsas qiymətləndirmə meyarı Sizin siyasətinizin ayrılmaz hissəsi olan Azərbaycan vətəndaşlarının sosial maraqlarının qorunması olacaqdır”, - dediyi fikirlər bizdə tam əminlik yaradır ki, çox yaxın zamanda Sabirabad rayonunun rabitəsində də əsaslı canlanma olacaqdır.
İ. DƏMİRQAYA
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter