• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Misilsiz xidmətlərə layiqli qiymət

  • 19.11.2021, 11:11, Baxış sayı:
  • 414
Misilsiz xidmətlərə layiqli qiymət
Sakit ZAHİDOV,
Kapital Bank Sabirabad filialının müdiri

Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması onun şəxsiyyətinə göstərilən böyük diqqətin daha bir bariz nümunəsidir.
Azərbaycanın Türk Şurasına sədrliyinin ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf etdi. Bu dövr ərzində Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Qarabağdakı Zəfəri isə türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Prezident İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, o cümlədən türkdilli xalqlar və xalqımız, o cümlədən sabirabadlılar tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi bunu bir daha göstərir. Məhz Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxlaq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Ayrı-ayrı dövlətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər. Hesab edirik ki, Vətən müharibəsində qələbənin əldə ediməsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyəti misilsizdir.
Hesab edirik ki, Türk Şurasının inkişafı yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib və türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezidentimiz İlham Əliyev ona təqdim edilən Türk Dünyasının Ali Ordenini Azərbaycana xalqının adından qəbul etdi və ordenin məhz xalqımıza verildiyini dedi. Bu, bir milli Liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter