• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadlı ziyalılar prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayırlar

  • 17.11.2021, 08:09, Baxış sayı:
  • 350
Sabirabadlı ziyalılar prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayırlar
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 18 ildə böyük inkişaf yolu keçib. Bu müddət ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər də deyilənləri təsdiqləyir. Onu da qeyd edim ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində əldə etdiyimiz Zəfər bu uğurlarımızın mərkəzində dayanır.
Dövlət başçısının bu uğurları dünya birliyi, o cümlədən türk dünyası tərəfindən də yaxından izlənilir və təqdir edilir. Bunu noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü də bir daha təsdiqlədi. Prezident İlham Əliyev Türk Dövlətləri Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Həmin tədbirdə orden dövlət başçısına təqdim edildi. Qeyd edək ki, Prezident İlham Əliyevin türk dünyasının ali mükafatı ilə təltif edilməsi dövlət başçısının böyük şəxsiyyətinə, türk dünyasındakı liderliyinə, beynəlxalq miqyasda və türk dövlətləri arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir:
- Prezident İlham Əliyev tarix baxımından qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında nüfuzlu bir dövlətə çevirməsi, cənab İlham Əliyevin nümayiş etdirdiyi liderlik xüsusiyyətləri, diplomatik məharət, Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasət dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir;
- Məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxalq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər;
- İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırıldı, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradıldı;
- İlham Əliyevin sərkərdəlik və diplomatik məharəti sayəsində Azərbaycan 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur etdi, Azərbaycan Ordusu tarixi ərazilərilərimizi işğaldan azad edərək Zəfər qazandı;
- İlham Əliyev Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan öz xalqının ən böyük arzularını reallığa çevirən Lider kimi tarixə düşdü.
Və İlham Əliyev türk dünyasının tarixinə də coğrafi parçalanmanı aradan qaldıran, türkdilli dövlətləri birləşdirən lider kimi düşəcək.
Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi münasibətilə Sabirabad Ziyalıları adından dövlət başçısını ürəkdən təbrik edir və ona uğurlar arzulayırıq.

İlham ƏSGƏROV,
Ziyalılar Cəmiyyəti Sabirabad
rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter