• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır!

  • 16.11.2021, 16:17, Baxış sayı:
  • 421
Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır!
Prezident İlham Əliyev cari ilin 12 noyabr tarixində Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”
Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədərqardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir.
Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq yeni ad altında fəaliyyət göstərəcək)dünya üçün önəmi bundan sonra da artacaq.Təşkilatın təməlində təbii müttəfiqlər yerləşir. Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Türk ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var.
Türk dövlətlər birliyinin sıraları ildən ilə genişlənir. Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir. Eyni zamanda, Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd etdi. Xalq özü Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qalmış qətnamələri yerinə yetirdi. Tarixi ədalətbərpa olundu, beynəlxalq hüquq bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq, o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır.
İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.
1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir.
Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər.

Pərvin Əhmədli,
Sabirabad rayon sakini,
Sumqayıt Dövlət Universitetinin tələbəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter