• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar

  • 27.09.2021, 19:56, Baxış sayı:
  • 317
Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar
Sentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu “Nasionalnaya oborona” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Rusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalına verdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.
Hərbi əməliyyatlar zamanı qazanılmış qələbələr, xüsusilə Qarabağın Tacı olan Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Belə ki, Şuşa işğaldan azad olunandan cəmi bir gün sonra Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini azad etdi və bununla da düşmənə son zərbəni vurdu. Məhz bundan sonra Ermənistan öz məğlubiyyətini etiraf edərək, kapitulyasiya aktını imzalamağa, Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu. Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu.
Müasir Azərbaycan heç bir xarici qüvvədən asılılığı olmayan, müstəqil, qüdrətli dövlətdir. İllərdir davam edən iqtisadi, siyasi islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmiz bütün sahələrdə inkişaf edir, uğurlu tərəqqi planı şaxələnir və respublikamızın hər tərəfinə yayılır. Azərbaycan bu gün qlobal məsələlərdə dünyaya istiqamət verən, nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edən demokratik ölkədir.
Əlbəttə, torpaqlarımızın işğaldan azad edilməsi ilə böyük inkişaf yolu¬muza yeni nəfəs, yeni ruh gəldi. İstər azad olunan ərazilərimizin iqtisadi potensialı, istərsə də bu bölgədə yara¬dılacaq yeni turizm imkanları ölkəmizin gücünə güc qatacaq. Məlum olduğu kimi, torpaqlarımızı otuz ilə yaxın işğal altında saxlayan ermənilər, şəhər və rayonlarımızı dağıtmış, yaşamaq üçün əlverişsiz vəziyyətə salmışlar. Yaxşı deyiblər – “Torpağı əgər qorumursan¬sa, əkməyə, əgər əkməyəcəksənsə, qorumağa dəyməz”. Qan tökərək, soy¬qırımı edərək özlərinin olmayanı zorla ələ keçirməyə çalışan ermənilərin bu ərazilərdə törətdikləri vandallıqlar onu göstərir ki, onlar özləri də Azərbaycan torpaqlarında əbədi qalmayacaqlarını bilirdilər. Onlar bilirdilər ki, Azərbaycan özünə aid olanı geri alacaq.
Belə də oldu. Ordumuz tarixi torpaq¬larımızı işğaldan azad etdi. Ərazi bü¬tövlüyümüz bərpa olundu. Müharibəyə qədər ölkəmizdə, ordu quruculuğunda mühüm işlər görüldü. Aydın məsələdir ki, torpaqları işğal altında olan bir ölkədə ordu quruculuğunun inkişafı prioritet məsələ olmalı idi. Bu mənada hər il dövlət büdcəsindən böyük vəsait ayrıldı. Ordumuz ən müasir döyüş vasitələri, silahlar və aparatlarla təchiz olundu. Bu, həm xalq həm də dövlət səviyyəsində üstümüzə düşən ən böyük öhdəlik idi. Düzgün və uzaqgörən planlama, uğurlu idarəetmə sayəsində Azərbaycan Ordusu ötən əsrin 90- cı illərinin əvvəllərində hökm sürən özbaşınalıq, qarışıqlıq, intizamsızlıq və kənar müdaxilələr kimi xaotik amillərin təsirindən çıxdı, güclü, müasir orduya çevrildi.
Torpaqların azad edilməsindən sonra dövlətimizin yeni bir öhdəliyi mey¬dana gəldi – düşmənin viran qoyduğu ata-baba yurdumuzu bərpa etmək, bu ərazilərə həyatı, infrastrukturu yenidən qaytarmaq. Postmüharibə dövrünün başladığı ilk gündən atılan addımlar onu deməyə əsas verir ki, dövlətimiz bu işin də öhdəsindən uğurla gələcək.
Müharibənin bitməsi, böyük zəfərin qazanılması ilə başlanan yenidənqurma-bərpa işləri bu gün də intensiv davam etdirilir. Yeni layihələr, bərpa planları hazırlanır, bölgəyə ən müasir texnika cəlb edilir. Ən əsası, bütün bu işlər üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılır. Pre¬zident İlham Əliyevin dediyi kimi, Azərbaycan bu gün iqtisadi-siyasi cəhətdən tam müstəqil, heç kimdən asılı olmayan dövlətdir.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter