• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

27 sentyabr tariximizə “Anım günü” kimi həkk olundu

  • 26.09.2021, 09:21, Baxış sayı:
  • 449
27 sentyabr tariximizə “Anım günü” kimi həkk olundu
Ermənilərin tarixin müxtəlif dövrlərindəki xəyanətlərinin, 1905-ci ildə, 1918-1920-ci illərdə, 1988-1994-cü illərdə xalqımıza qarşı etdiyi soyqırımlarının, zorakı köçürmə siyasətlərinin, ata-baba torpaqlarımıza acgözlüklə yiyələnmələrinin acı nəticələrinin dərslərini unutmağa mənəvi haqqımız yoxdur. 30 illik erməni işğalının və 44 günlük qalibiyyətli Vətən müharibəsinin verdiyi mühüm dərslərdən biri hər zaman ehtiyatlı olmaq, düşməndən qat-qat güclü olmaq, onlara və havadarlarına xas olan yağlı dillərə əsla uymamaqdır. 44 günlük müharibə tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda, yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir. Çünki düşmən adi, sıradan bir düşmən deyildir, olduqca zalım, qansız, vicdansız, bir sözlə, bütün insani keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir "vəhşi qəbilədir". Xocalı soyqırımı zamanı bu vəhşətin bariz nümunəsini Azərbaycan xalqı canlı yaşamışdır. Ermənilərin tarix boyu törətdiyi qanlı cinayətlərə, soyqırımlara ilk dəfə olaraq 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Beynəlxalq təşkilatların Azərbaycan xalqına qarşı biganəliyi, işğala və soyqırıma “soyuqanlıqla” reaksiyası isə xalqın səbrini daşdırırdı. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu azğın düşmənin layiqli cavabını verməyə başladı. 30 ilə yaxın vətən həsrəti, intiqam hissi ilə alovlanıb yanan xalqımız öz torpaqlarının azadlığı uğrunda yeddidən yetmişə kimi həmrəy olaraq vətən uğrunda mübarizəyə atıldılar. Tarixi ədaləti bərpa etmək üçün savaşan xalqımız və ordumuz 44 gün ərzində düşməni bütün sərhədlərimizdən qovub çıxardı. 30 il sürən “ikili standartlar”, “erməni havadarlığı” və “xristian təəsübkeşliyi” fiaksoya uğradı. Çünki bu bizim haqq savaşımız idi. Bu Savaş Xocalıda öldürülən günahsız körpələrin ruhları qarşısında bizim mənəvi borcumuz və vəzifəmiz idi. Həm xalqımız, həm ordumuz üçün 44 günün hər biri şərəf və ləyaqət günü oldu.Müharibədə Azərbaycan Ordusu erməni əsgərindən fərqli olaraq şərəf və ləyaqətlə döyüşdü. Bizim əsgərimiz günahsız insanlara bircə güllə belə atmadı. Eyni zamanda Azərbaycan Respublikası siyasi və diplomatik məsuliyyət nümayiş etdirərək müharibənin qaydalarına ciddi əməl etdi. Bunun əksinə olaraq Ermənistan Gəncə, Bərdə, Tərtər, Goranboy terrorlarını törətməkdən belə çəkinmədi. Mülkü əhalini gecə saatlarında yatdığı yerdə ağır artreliya atəşləri ilə bombaladı. Bax budur hayların mənfur çirkablaşmış iç-üzü. Hətta müharibə bitdikdən sonra minalanmış ərazilərimizin xəritələrini verməməklə bu məkrli siyasətlərini davam etdirirlər. 10 noyabr 2020-ci il Bəyannaməsinin şərtlərini pozan rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına çox ciddi cəhdlər edərək maneçilik törətmək istəyirlər. Əlbətdə ki, uşaq qatili, məscid barbarı olan erməni dığalarından bundan artıq nəsə gözləmək sadəlöhvlük olardı.
Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Aydındır ki, uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoyur. Qələbəmiz, beləliklə, birliyimizin yenilməz gücünü ortaya qoydu. "El bir olsa, dağ oynadar yerindən" - deyib babalarımız. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi. 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Vətəndaşlarımız ailəliklə vuruşurdu, qəhramanlıqla şəhid olurdu, iki oğlu olan və hər ikisini qurban verən valideynlər, əri və oğlu şəhid düşən ana mərdanə dayanıb Vətən sağ olsun deyirdi. Qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin "Dəmir Yumruğ"unu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi. Vətən müharibəsindəki qələbəmizin tarixi əhəmiyyəti çox böyükdür.
Zəfərmizin əldə olunmasına görə vətən uğrunda canından keçən şəhid və qazilərimizin haqqları ödənilməzdir. Azərbaycan xalqının öz igid oğullarına hörmət və ehtiramı sonsuzdur. Azərbaycan dövləti hər zaman böyük mənəvi və maddi dəstəyi ilə öz şəhidinin, qazisinin, veteranının yanındadır. Vətən uğrunda döyüşən bütün əsgər və zabitlərimiz dövlətimiz tərəfindən ən ali mükafatlarla, orden və medallarla təltif olunmuşlar. Bununla bağlı “YAŞAT” Fondu yaradılmış, fondun fəaliyyət istiqamətinin əsas məqsədi bu kateqoriyadan olan vətəndaşlarımıza yaxından dəstək olmaqdır. Qazi və şəhid ailələrinə mənzillərin verilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin ana xəttini təşkil edir.
27 sentyabr tariximizə “Anım günü” kimi həkk olundu. Bu tarix bizim qürurla fəxr edəcəyimiz bir təqvimdir. 27 sentyabr 2020-ci il tarixi həm də müsbət anlamda xalqımızın təfəkküründə, düşüncəsində, əməli fəaliyyətində bir Qırılma nöqtəsi oldu. İllər boyu torpaqlarımızın düşməndən geri alacağımıza xalqımızı ruhlandıran, silahlı qüvvələrimizin ən modern silah və texniki vasitələrlə təchizini təmin edən və hərəkət anını böyük strateji ustalıqla müəyyənləşdirən Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı. Sizinlə qürur duyuruq Müzəffər Ali Baş Komandan! Səninlə fəxr edirik Şanlı Azərbaycan Ordusu! Səninlə fəxr edirik qalib Azərbaycan əsgəri!

Əfsanə Hüseynova,
Sabirabad rayonu Beşdəli kənd sakini, Şəhid bacısı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter