Xalqımızın Zəfər tarixi
- 12.03.2021, 17:51, Baxış sayı:
- 634
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan torpağı zaman-zaman yadelli işğalçıların hücumuna məruz qalıb. Belə mənfur düşmənlərdən biri də ermənilərdir. 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün səriştəsizliyi ucbatından Dağlıq Qarabağ və ətraf rayonlar erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Torpaqlarımızın geri qaytarılması üçün beynəlxalq təşkilatlarla aparılan danışıqlar heç bir nəticə vermədi. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi yalnız Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edə bilərdi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam etdi və müzəffər ordumuz bu müharibədə erməni işğalçılarını darmadağın etdi. Möhtərəm Prezidentimiz qeyd etmişdir ki, bizim müharibəmiz azadlıq müharibəsi idi, Ermənistan isə işğalçılıq müharibəsi aparırdı. Bu müharibədə hərbiçilərimiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucaldılar. Minlərlə hərbiçimiz orden və medallarla təltif olundular. Bunların içərisində rayonumuzdan olan 43 şəhidin də adı vardır. Onların qəhrəmanlığı hər bir azərbaycanlı üçün örnəkdir.
İkinci Qarabağ müharibəsində qələbəni təmin edən ən böyük amil ordu quruculuğu sahəsində aparılan islahatlar idi. Bu işə illər ərzində hazırlıq görülmüşdü. 8 noyabr xalqımızın tarixinə Zəfər günü kimi daxil oldu. 10 noyabr üçtərəfli sazişlə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu Vətən müharibəsində Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmri ilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında 2020/2021-ci tədris ili üçün Fəliyyət planı”nda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti və Vətənin qəhrəman oğulları barədə şagirdlərə məlumat verilməsi və s. məsələlər öz əksini tapmışdır. Hazırda rayonun ümumtəhsil məktəblərində Fəliyyət planının icrası istiqamətində görüləcək işlər davam etdirilir.
Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbə tarixi qələbədir. Bu qələbə xalqımızın Zəfər tarixidir.
Əmirhüseyn ƏSGƏROV,
Rayon Təhsil şöbəsinin metidisti