• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır

  • 24.09.2021, 17:09, Baxış sayı:
  • 410
Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında» Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr – Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır.
Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də tarixi Qələbəmizdən sonra xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın 30 ildə hansı haqsızlıqlarla, ədalətsizliklərlə üz-üzə qaldığına işıq salır. Amma ölkəmiz dünyanın ikili standartlara söykənən siyasəti fonunda ruhdan düşmədi, daha da diplomatik sahədə səylərini artırdı, hərbi gücünü möhkəmləndirdi.
27 sentyabrdan başlanan şərəfli yol Zəfərimizlə başa çatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə «Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik» fikirləri ilə tarixi Zəfərimizin sevincini, yaratdığı qüruru ifadə etməklə yanaşı, ordumuzun gücünü, qüdrətini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu və bunu əməldə təsdiqlədiyini diqqətə çatdırdı.
Otuz ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız 10 aydır ki, sevinclidir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir. Milli Qurtuluş Günündə ən yüksək zirvəyə qədəm qoyan Azərbaycan-Türkiyə münasibətlərinin təsdiqi olan Şuşa Bəyannaməsinə Qarabağın mədəniyyət paytaxtının şahidlik etməsindən hələ çox danışılacaq. Azərbaycan və Türkiyə prezidentləri Şuşada bir araya gələrkən dostluğumuzun təcəssümü olaraq Zəfər paradı da xatırlandı, qardaş ölkənin Vətən müharibəsi başlandığı gündən bügünədək Azərbaycanın yanında olduğu böyük sevinclə, qürurla qeyd edildi.

Hilal İsmayılov,
Sabirabad rayonu Əlicanlı kənd sakini,
Vətən Müharibəsi iştirakçısı, qazi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter