• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Tarixi nailiyyət, ədalətin təntənəsi...

  • 30.06.2021, 10:36, Baxış sayı:
  • 529
Tarixi nailiyyət, ədalətin təntənəsi...
30 ilə yaxın davam edən erməni işğalına güclü Azərbaycan Ordusu 44 gündə son qoydu. Tarixi ərazilərimizdə şanlı üçrəngli bayrağımız dalğalandı. Cənab Ali Baş Komandanan rəhbərliyi ilə xalq-ordu birliyi düşmənə sarsıdıcı zərbə vurdu. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı düşmən üzərində qələbəsini təmin etdi. Şəhidlərimizin qisası döyüş meydanında alındı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. 10 illiklər özləri haqqında “məğlubedilməzlik” obrazı yaradan Ermənistan ordusu döyüş meydanından qaçmalı oldu. Xalqımızın əsrlədən, min illiklərdən gələn qəhrəmanlıq, döyüşkənlik ruhu düşməni hərb meydanında darmadağın etdi. Bu il tarixdə ilk dəfə Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd etdi. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır.
II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi: Şəhidlərimizin qisası döyüş meydanında alındı. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Bu səbəbdən də Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmayıb. Xalqımız bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbə vurdu. Bununla da tarixi ədalət, ölkəmizin ərazi bütövlüyünü bərpa edildi.
Döyüş meydanında əldə olunmuş Qələbə ədalətin təntənəsidir: Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun, milli ləyaqətin təntənəsi idi. Azərbaycan xalqının bir daha əyilməz ruhunu bütün dünyaya bəyan etdi.
44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq formalaşıb: 30 ilə yaxın Azərbaycana qarşı təcüvazkar siyasəti yürüdən və bununla da bölgədə reallaşan bütün layihələrdən kənar qalan Ermənistan bundan sonra yaranmış reallığa uyğun davranmalıdır. Çünki Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdən keçir. Artıq Dağlıq Qarabağ adlı ərazi vahidi, münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan da bunu elə qəbul etməlidir.
Əlifağa NADİROV,
Qaratəpə kənd sahə xəstəxanasının baş həkimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter