• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Hamı narkomanlıqla mübarizəyə!!!

  • 22.09.2021, 15:37, Baxış sayı:
  • 429
Hamı narkomanlıqla mübarizəyə!!!
Hamı narkomanlıqla mübarizəyə!!!


"Patı" nədir, insanı hansı hallara salır? - Tükürpədən FAKTLAR

Son zamanlar dilimizə məşhur bir kəlmə daxil olub: "Patı"və yaxud “şüşə”. Əlbəttə, ölkədə yayılan narkotik vasitələr təkcə "patı"dan ibarət deyil, amma məhz bu lənətəgəlmiş maddə - metamfetamin, əvvəlkilərdən daha çox kütləviləşməklə, ölkədə sosial təhdidə çevrilib.
Bu təhdid artıq elə miqyas alıb ki, onunla mübarizə hər kəsin borcudur. Hər kəs əlində olan imkanlarla bu bəlaya qarşı mübarizə aparmalıdır. “Muğanın səsi” olaraq biz də bu mübarizəyə qoşulmuşuq.



Zərərli və təhlükəli narkotikə çevrilən metamfetaminə bəzi adlar verilib: Patı, şüşə, buz, kristal, daş, tina...

Halüsinator və stimullaşdırıcı xüsusiyyətlərə malik sintetik maddəyə metamfetamin deyilir. Güclü stimullaşdırıcı xüsusiyyəti sayəsində asılılıq qabiliyyətinə sahib olan metamfetamin nədir?
Metamfetamin nədir?
Feniletilamin törəməsi olan metamfetamin, amfetaminə bir metil qrupu əlavə etməklə əmələ gələn maddədir. İkinci Dünya Müharibəsi illərində Yaponiyada çox məşhur olan maddə psixotik simptomlar göstərdikdən sonra qadağan edilib. Uzun müddət işləməli olan tələbələr və sürücülər arasında istifadəsi geniş yayılmışdı və qadağan edildikdən sonra cinayətkar qruplar tərəfindən istehsal olunmağa başladı.
Zərərli və təhlükəli narkotikə çevrilən metamfetaminə bəzi adlar verilib. Məsələn patı, şüşə, buz, kristal, daş, tina və s. İlk dəfə istifadə edildikdə adamı güclü və özünə inamlı hiss etdirsə də, sonra dəhşətli təsir bağışlayır və hətta ölümə səbəb olur.
Metamfetaminin zərərləri və təhlükələri hansılardır?
Hər şeydən əvvəl bilməlisiniz ki, metamfetamin heroin və kokaindən daha güclü asılılıq yaradır.
- Şiddətə meyli artırır.
- Çəki itkisinə səbəb olur.
- Beyin qanaması, infarkt, ürək çatışmazlığı.
- Yuxu pozğunluqları.
- Dəridə iltihablar.
- Mədə krampları.
- Bədənin titrəməsi, temperaturun artması.
- Dişlərin çürüməsi.
- Ağız quruluğu, ürəkbulanma, göz bəbəklərində böyümə.
- Yaddaş itkisi, artan qan təzyiqi.
Beyinə və neyronlara zərər verən metamfetamin, afrodizyak təsirinə görə də geniş istifadə olunur. Araşdırmalara görə, bu maddə yaddaş pozğunluğuna, alkoqol və digər maddələrin istifadəsi zamanı isə zəhərlənməyə səbəb olur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter