• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Alman kəşfiyyatı "patı" ilə bağlı ŞOK FAKTLARI AÇDI: Xankəndidə hazırlanır

  • 27.07.2021, 14:42, Baxış sayı:
  • 411
Alman kəşfiyyatı "patı" ilə bağlı ŞOK FAKTLARI AÇDI: Xankəndidə hazırlanır
Son günlər "patı" bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır.
"Bəllidir ki, "patı" problemi ölkəmizdə hamımızın bəlasına çevrilib. Bununla bağlı əldə etdiyim və şok effekt yaradan məlumatı diqqətinizə çatdırıram!
Alman hökumətindəki mənbələrdən əldə etdiyim məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.
Mənbənin bildirdiyinə görə, Xankəndidə "patı" istehsal edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Əvvəllər bunun istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə bu işi Xankəndidə davam etdirirlər.
Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir. "Patı" işini Ermənistan hakimiyyəti ilə İran rejimi birgə həyata keçirərək Azərbaycan gənclərini məhv edir.
Mən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidməti rəhbərliyinə müraciət edirəm. Bu bəlaya qarşı birlikdə mübarizə aparaq. Xankəndidə hazırlanıb İran vasitəsilə Azərbaycana ötürülən bu bəlaya qarşı müharibə elan edək", - R.Quliyev qeyd edib.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter