Prezident mühüm mesajlar verdi
- 01.06.2021, 18:28, Baxış sayı:
- 650
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı bır sıra önəmli məsələlərə toxundu. Tədbirdə dövlətimizin başçısı Ermənistanın 30 illik işğalçı siyasətinin nəticələri, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, ölkəmizin regionda sülh, əməkdaşlıq və təhlükəsizliyə xidmət edən təşəbbüsləri haqqında fikirlərini ifadə etdi.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi nüfuzlu beynəlxalq platformadır və özündə müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, dünyanın tanınmış mütəxəssislərini, ictimai və siyasi xadimlərini öz sıralarında birləşdiridi: “Bu baxımdan, Mərkəzin keçirdiyi tədbirlər öz əhəmiyyəti ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr bu mənada xüsusi önəm daşıyır.
Dövlət başçısı mötəbər beynəlxalq tədbirdə mühüm mesajlar verib. Prezident Ermənistandakı hazırkı mənzərəni dəqiq ifadə etdi. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhün, əmin-amanlığın tərəfində olduğunu bir daha bəyan etdi. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühitinin formalaşması regionda yeni inkişaf mərhələsinin vacib şərtlərinə çevrilməkdədir.
Mahir Zahidov,
M.Müşfiq adına şəhər tam orta məktəbinin direktoru