Sabirabad rayonu üzrə 21 məktəbə
direktor vəzifəsinə vakant yer çıxarılıb.
Həmin məktəblər aşağıdakılardır:
S.Vurğun adına 3 saylı şəhər, N.Gəncəvi adına 5 saylı şəhər, Quruzma kənd, Kovlar kənd, Narlıq kənd, Türkədi kənd, Əlicanlı kənd, Cavad 1 saylı kənd, Qaraağac kənd, Şıx Salahlı kənd, Qaratuğay kənd, Qaragüney 2 saylı kənd, Mürsəlli kənd, Xəlfəli kənd, Çöl Beşdəli kənd, Nizami kənd, Muradbəyli kənd tam orta məktəbləri, 9 saylı şəhər, Çöl Ağaməmmədli kənd, Kürkəndi kənd, Balakənd kənd ümumi orta məktəbləri.
Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Güman edirik ki, bu müsabiqələr vasitəsilə vakant yerlərin hamısına direktor təyin ediləcək.