Şanlı “Qarabağ Zəfəri” həm beynəlxalq arenada, həm də türk dünyasında Azərbaycanın nüfuzunu artırdı. Qarabağ məsələsinin həllində uzun müddət səbr göstərən dövlətimiz indi gücünü həm hərbi, həm də siyasi cəhətdən sübut etdi.
Beləliklə, 44 gün davam edən Vətən müharibəmiz Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı, torpaqlarımızı Ali Baş komandanımızın rəhbərliyində müzəffər Ordumuzun gücü ilə geri aldıq. İmzalanan atəşkəs bəyannaməsi ilə də,
Bəli, 10 Noyabr bəyannaməsi imzalansa da, Ermənistan təcavüzkar siyasətini davam etdirir. Əslində, bu, bölgənin sülhünə təhlükədir. Lakin nəzərə almaq lazımdır ki, bu təcavüzkar siyasətə görə Ermənistanı təşviq edənlər də məsuliyyət daşıyır. Eyni zamanda, bir həqiqət də var ki, Ermənistan bu təcavüzkar siyasəti ilə heç nəyə nail ola bilməz. Ermənistan onu təşviq edənlərə aldanmamalıdır. Reallıq ondan ibarətdir ki, bu hücumları təşviq edənlər Ermənistana lazımi cavablar verildikdə heç vaxt Ermənistanın yanında olmayacaqlar. Ermənistan tərəfi bu təcavüzkar siyasəti ilə özünü daha çətin vəziyyətlərə salacaq. Ermənistan region ölkələri ilə qurulacaq mexanizmin əhəmiyyətini düşünməlidir. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir, həmçinin Azərbaycan Prezident İlham Əliyevin mesajlarını anlamalıdır. Əks təqdirdə yeni problemlərlə üzləşəcək.
İndiki halda bizim güzəşt etmək imkanımız yoxdur, artıq o limit bitib. Bu tarixi bir şansdır, bu şansdan istifadə edərək ordumuzun və xalqımızın qalib əhval-ruhiyyəsini nəzərə alaraq sərhəd məsələlərində güzəştə getməməliyik. Tərtib olunmuş xəritələr birbaşa Azərbaycanın haqlı olduğunu göstərir və o ərazilər Azərbaycan dövlətinin ərazisidir, biz onları müdafiə etməliyik. Belə olduğu halda güzəştdən söhbət gedə bilməz. Buna görə də törədilən təxribatlara ən kəskin şəkildə cavab verməliyik.
Cənab Prezidentimizin də vurğuladığı kimi – “Unutmasınlar ki, “dəmir yumruq” yerindədir”. Ermənistanın hökümət rəhbərləri unutmamalıdır ki, Ermənistanın regional sülhə təhlükə yaratmasına heç bir şəkildə icazə verilməyəcəkdir.
Adil HÜMBƏTOV,
Melioservis idarəsinin baş mühəndisi