• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Erməni tərəfi anlamalıdır ki, “dəmir yumruq” yerindədir

  • 19.08.2021, 20:12, Baxış sayı:
  • 355
Erməni tərəfi  anlamalıdır ki, “dəmir yumruq” yerindədir
Otuz ildir ki, Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ordusu 44 günlük müharibədə minlərlə itki verərək darmadağın edildi. Bu, Ermənistanın yaxın 100 il ərzində ən böyük məğlubiyyəti kimi tarixə düşdü. Lakin Ermənistanda köhnə iqtidar klanlarına məxsus bəzi siyasi fəallar, daşnak təfəkkürlü müxalif partiya funksionerləri bundan nəticə çıxarmayaraq hazırda müxtəlif revanşist açıqlamalar verməkdədirlər.
Əlbəttə, bütün bunların hamısının siyasi “blef” olduğunu dünyada da, erməni cəmiyyətinin əksəriyyətində də anlayırlar. Normal düşüncə sahibləri yaxşı anlayırlar ki, Ermənistanın Azərbaycana qarşı yenidən müharibə etməsi intihardır. Bütün hallarda 10 noyabr bəyanatından sonra baş verən kiçik miqyaslı insidentlər, terror hərəkətləri, əsir götürülən yüzlərlə erməni terrorçusunun fəaliyyəti göstərdi ki, istər əsgərlərimiz, istərsə də, cəmiyyətimiz, necə deyərlər, əlitətikdə olmalı, düşməni tam nəzarətdə saxlamalıdır. Hətta hərbi qüdrətimiz onları dəfələrlə üstələsə belə...
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, kimi nəyi, necə, nə vaxt etmək lazımdırsa, biz bilirik. Və həyat bunu göstərdi ki, vaxtında atılmış addımlar nəticəsində bütün gücümüzü səfərbər edib, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Dövlət başçımız xatırladır ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir və bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi.
Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Biz dövlət olaraq, bu bəyanatın şərtlərinə əməl edirik. Cəmiyyətimiz də buna əməl edir. Ermənistan dövləti isə bəyanata əməl etmək məsələsində məsuliyyətsizlikdən əl çəkmir. Bəzən Ermənistan tərəfi daxili auditoriyanı ələ almaq, etirazları soyutmaq üçün epizodik addımlar atmağa çalışır. Lakin Azərbaycan Prezidenti, öz qətiyyətli mövqeyini göstərərək bildirdi ki, mövcud bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin bundan sui-istifadə yolverilməzdir.

Səkinə ƏLİYEVA,
Ulacalı kənd tam orta məktəbinin müəllimi

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter