Dövlət başçısı İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsinin bir daha ölkə Prezidentinin nə qədər xalqını dərindən sevən, bütün gücünü Azərbaycanın daha da qüdrətlənməsinə sərf edən, xalqın böyük dəstəyini və etimadını qazanan Lider olduğunu təsdiqlədiyini vurğulayıb. Cənab İlham Əliyevin son 18 ildə möhkəm təməl üzərində uğurlu siyasəti nəticəsində Azərbaycan güclü dövlətə çevrildi, ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın dövrdə Azərbaycan öz tarixi torpaqlarını qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün səylər göstərsə də qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, dünyanın ikili siyasəti nəticəsində hansısa bir nəticə əldə edilmədi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu mandatına uyğun olaraq neytrallığı qorumaq əvəzinə daim işğalçının yanında oldu. Dövlət başçısı İlhanm Əliyev sözügedən müsahibəsində də bu məqama diqqət yönəldərək bildirmişdir ki, 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi.
Prezident İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində “Tarixdə necə qalmaq istərdiniz” sualını cavablandırarkən bildirmişdir ki, əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək.
Hər bir vədini konkret əməli ilə təsdiqləyən, Azərbaycana möhtəşəm uğurlar qazandıran, Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşduraraq yeni səhifə açan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdıran qalib ölkənin qalib Liderinə xalqın sevgisi böyükdür. Artıq ölkəmizin həyatında yeni dövr uğurla davam edir. 9 ayda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bir daha zamanın rəqibimiz olduğunu diqqətə çatdırdı. Soydaşlarımızın Böyük Qayıdışının tezliklə həyata keçirilməsi üçün sistemli və çevik addımlar atılmaqdadır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı 12 avqust 2021-ci il tarixli Fərmanları da bunun bariz nümunəsidir. Şəhərsalma işləri ilə bağlı işin səmərəliliyinin artırılması üçün atılan addımlar təqdir edilir.
Günümüzün əsas məsələlərindən olan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində işğalçı dövlətin biganə münasibətindən, Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıqlamalarına diqqəti yönəldərək bildirib ki, Azərbaycan qarşı tərəfə düşdüyü ağır vəziyyətdən yeganə çıxış yolu olan əməkdaşlığı təklif edir. Ermənistan hakimiyyəti bu yolu tutmazsa, ölkəsinin, xalqının nicatından danışa bilməz. 44 günlük Vətən mühribəsindən sonra bu ölkədə yaşananlar göz önündədir. Erməni xalqı yaranmış yeni reallıqlarla barışır. Ermənistan hakimiyyəti də bu reallıqlarla barışmalıdır. Ermənistanın sülh müqaviləsini imzalaması üçün dünyanın gücləri, xüsusilə 10 noyabr Bəyanatının imzalanmasında vasitəçi və iştirakçı olan Rusiya konstruktiv addımlar atmalıdır. Cənab İlham Əliyev sözügedən müsahibədə gözləntilərdən bəhs edərkən bu məqamlarla yanaşı, onu da bildirmişdir ki, Rusiya Ermənistanı silahlandırmasın. Bu, bizi narahat edir. Müharibə başa çatıb.
Həmçinin Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyini və buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini də vurğularaq bildirib ki, Azərbaycan bu ərazilərdə baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir. Ermənistan bu siyasətinin özü üçün çox ağır nəticələr verəcəyini unutmamalıdır.
Gülarə Mirzəyeva,
Sabirabad rayonu Qaraqaşlı kənd
həkim məntəqəsinin müdiri