• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır

  • 18.05.2021, 14:54, Baxış sayı:
  • 391
Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır
Cənab Prezident İlham Əliyev bu günə qədər Naxçıvana bir çox səfər etsə də, budəfəki səfər öncəkilərdən olduqca fərqli idi. Əvvəla, ölkə başçımızın özünün də vurğuladığı kimi ilk dəfədir ki, səfər 10 May - Ümummilli Lider Heydər Əliyevin doğum tarixində reallaşdırılırdı. Bu da təsadüfü deyil.
Ölkə başçısının haqlı və qürurlu olaraq ata vəsiyyətini icra etdikdən sonra, yəni tarixi Zəfər əldə olunduqdan sonra məhz onun doğum günündə Ulu Öndərin Vətəninə - Naxçıvana səfər etməsi olduqca rəmzi məna daşıyır:
Ümummilli Lider Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, - deyirdi və bildirirdi ki, “Mənim başa çatdırmadığım taleyüklü məsələləri İlham Əliyev yekunlaşdıracaq”. Heydər Əliyevin uzaqgörən siyasəti hər zaman olduğu kimi, özünü yenə də doğrultdu və ata vəsiyətini icra edən Azərbaycanın mərd oğlu əzəli torpaqlarımızı geri qaytardı. “Bu doğum günündə mütləq burada olmalıydım” sözləri ata vəsiyətini yerinə yetirən bir oğulun ən layiqli, haqlı və sinəsi qürur dolu hisslərinin ən səmimi şəkildə ifadəsi idi.
Prezident Naxçıvandan istər Ermənistana, istərsə də hələ də ona havadarlıq edən qüvvələrə olduqca kəskin, eyni zamanda qəti mövqeyini bildirdi ki, artıq nə münaqişə var, nə də status. Münaqişə məsələsini qabardaraq ona geri dönmək istəyən dairələr nəticə əldə etməyəcək, çünki o, çoxdan bitib. Üçtərəfli qaydada imzalanmış bəyanatı sülh müqaviləsi ilə səhv salanlara, ya da bilərəkdən təhrif etməyə çalışanlara da dərs keçərək qeyd etdi ki, sülh müqaviləsi ilə bəyanat arasında fərq nədən ibarətdir. Bir çox məsələləri əhatə edən bəyanatda kommunikasiyaların açılması məsələsi də var ki, bu istiqamətdə çox ciddi addımlar atılır.
Ölkə başçısı Naxçıvanda konkret və qətiyyətli fikirlər səsləndirdi. Statusa gəldikdə isə, yenə də ölkə başçımız bildirdi ki, hansı ölkə ermənilərə torpaq vermək istəyirsə, öz ölkələrində bunu edə bilərlər, Azərbaycanda yox. Düşünürəm ki, bu, son dərəcə konket fikirlər idi. Eyni zamanda, Ermənistanın daxilində Şuşanın, Hadrutun qaytarılması ilə bağlı sərsəm fikirlər səsləndirilir. Bunun da nə ilə nəticələnə biləcəyini ölkə başçımız qəti ifadə etdi və dedi ki, zərrə qədər təhlükə olsa, onlar dərhal yerindəcə məhv ediləcək.
Səfər çərçivəsində bir çox önəmli obyektlərin açılışında iştirak edən ölkə başçımızın əsas diqqəti yenə də Zəngəzur dəhlizi ilə bağlı idi. O, bir daha bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran 40 kilometrlik Zəngəzur mütləq açılacaq. Bunun özü də üçtərəfli bəyanatın icrasına mane olmaq istəyən tərəflərə ciddi ultimatum idi.

Vaqif QURBANOV,
“Muğansutikinti” MMC-nin direktoru,
Əməkdar mühəndis
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter