• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir

  • 13.08.2021, 10:55, Baxış sayı:
  • 291
Sabirabadda COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Sabirabad rayonunda yeni növ koronavirus “COVİD-19” infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlmiş tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyəti nəzdində Operativ Qərargahın, mobil təbliğat qruplarının fəaliyyəti gücləndirilmiş, yerlərdə maarifləndirmə-izahat işləri aparılır. Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş sanitar briqadaları Sabirabad şəhəri ərazisində geniş miqyaslı profilaktik-dezinfeksiya tədbirlərini davam etdirir. Yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkənlərdə, əhalinin daha çox istifadə etdiyi park və xiyabanlarda, nümunəvi məhəllələrdə, sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, ticarət və xidmət obyektlərində mütəmadi dezinfeksiya işləri aparılır. Avtomobil yolları xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici məhlulların qatıldığı su şırnaqları ilə yuyulur.
Sabirabad rayonunda xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət olunmasına nəzarətə götürülüb.
“COVİD-19” infeksiyasına qarşı həyata keçirilən tədbirlər, aparılan maarifləndirmə işləri insanlar tərəfindən razılıqla qarşılanır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter