Sabirabadda karantin qaydalarına əməl olunmasını təmin etmək üçün polis əməkdaşları gücləndirilmiş nəzarət - profilaktik tədbirlərini davam etdirirlər
- 24.11.2020, 11:21, Baxış sayı:
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə xidmətlərini yorulmadan davam etdirirlər.
İnfeksiyanın ölkə ərazisində, o cümlədən Sabirabad rayonunda yayılmasının qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə Sabirabad şəhərində və ayrı-ayrı kəndlərdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsilə sanitar-karantin qaydalarına əməl olunması daim nəzarətdə saxlanılır. Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara riayət etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat verilir.
Həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.
Rayonda karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-i saat 06:00-dək uzadılıb.