• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vaksinasiyada birlik və həmrəylik göstərməliyik

  • 04.08.2021, 16:01, Baxış sayı:
  • 268
Vaksinasiyada birlik və həmrəylik  göstərməliyik
Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" qəbul olundu. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verdi. Bütün bunlar deməyə əsas verir ki, bu gün bizim sağlam və firavan gələcəyimiz öz əlimizdədir. Bu gələcəyə sahib olmaq üçün bizim ən doğru yolumuz kütləvi şəkildə peyvənd olunmaqdır.
Qeyd edim ki. gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Ölkə Prezidenti İlham Əliyevin COVID-19 infeksiyasının Azərbaycanda yayılmağa başladığı ilk günlərdən xalqımıza bir çağırış kimi səsləndirdiyi "Biz birlikdə güclüyük!" şüarı çox keçmədən milli birlik ideologiyasının bir ifadəsi kimi, ictimai həyatımızın bütün sahələrində öz təzahürlərini tapdı. Pandemiya ilə mübarizədə əldə etdiyimiz nailiyyətlər də, Vətən müharibəsində qazandığımız parlaq tarixi Qələbə də məhz bu şüarın altında formalaşmış yüksək səviyyədə həmrəyliyimizin nəticəsi oldu.
Sabirabad rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Bu günə kimi Sabirabad rayonu üzrə ümumilikdə 71 mindən çox vətəndaş COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Bu gün də biz hamılıqla, eyni birlik və həmrəyliyi nümayiş etdirməklə COVID-19-a qarşı mübarizəmizin növbəti, bəlkə də ən mühüm mərhələsini – kütləvi vaksinasiyanı başa vurmalıyıq.

Telman
QURBANOV,
Qalağayın
kənd tam orta məktəbinin
müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter