• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər

  • 22.06.2021, 14:25, Baxış sayı:
  • 431
Sabirabad rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər
Azərbaycan əhalisi, həmçinin Sabirabad rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər. Nəticələr və gündəlik vurulan vaksinlərin sayı da bunu deməyə əsas verir.
Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
22 iyun 2021-ci il tarixə Sabirabad rayonu üzrə ümumilikdə 40 min COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 27 mini birinci doza, 13 mini isə ikinci doza peyvənd olunmuşdur.
COVID-19 pandemiyası ilə mübarizədə İƏT və Türkiyə Azərbaycana daim dəstək göstərmişdir, həmçinin Azərbaycan da pandemiya ilə mübarizədə İƏT ölkələrinə ÜST vasitəsilə öz dəstəyini göstərmişdir.
İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan ilk beynəlxalq qurum olmuşdur. Təşkilatın zirvə görüşlərində daim Dağlıq Qarabağ problemi hər zaman diqqət mərkəzində saxlanılmış və bu barədə kifayət qədər aydın, beynəlxalq hüquq normalarına əməl olunmasını tələb edən bəyanatlar qəbul edilmişdir.
Ötən il İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) "Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgə yaşayışın və tolerantlığın gücləndirilməsi yolları" mövzusunda virtual forum keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət ünvanlamışdı. Müraciət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə ÜST-nın Cenevrədə yerləşən Baş Qərargahında nümayiş edildi.
Pandemiya dövründə daha da güclənən ÜST-lə əməkdaşlıq əhalinin sağlamlığı və rifahı naminədir. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan tərəfindən 10 milyon ABŞ dollarından artıq maliyyə yardımının edilməsi, daim ÜST tərəfindən tövsiyyə olunan yeni profilaktika, diaqnostika, müalicə və qayğı sxemlərinin ölkəmizdə tətbiq edilməsi və Azərbaycan səhiyyəsinin daim yenilənən tibb elminə cəld uyğunlaşması çox müsbət haldır.

Elnur Əzizov,
Sabirabad Mərkəzi Rayon Xəstəxanasının onkoloq həkimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter