• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur

  • 22.06.2021, 20:10, Baxış sayı:
  • 339
Vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur
İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ölümcül ola bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir. Bunun real keys olmasının səbəbi, zənnimcə konspiraloji nəzəriyyələrin mövcudluğudur. Müəyyən bir kütlə insanlar hansısa səbəbdən elmin və dövlətlərinin tövsiyyələrindənsə, əsassız olan nəzəriyyə və fikirlərə inanmağa daha çox meyilli olurlar. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Gənclər arasında yayılan fikirlər ilə bağlı müəyyən məlumatım var. Onlar elə düşünürlər ki, bu xəstəlik ancaq yaşlılar üçün təhlükəlidir və məhz bu səbəbdən çox məsuliyyətsiz yanaşmaları formalaşıb. Əlbətdə statistik olaraq COVID-19 xəstəliyi səbəbindən fatal nəticələr daha çox yaşlı təbəqə insanlara aid olur. Lakin bu o demək deyil ki, cavan nəsil xəstəlikdən 100% qorunub. Həmçinin bu düşüncə çox egoistik bir düşüncədir. Cavanlar anlamalıdırlar ki, onlar xəstələndiyi an yaşlı insanları təhlükə altına atmış olurlar. Anlamaq lazımdır ki, peyvəndlər digər insanları da qoruyur.
Ölkəmizin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Bu günə kimi Sabirabad rayonu üzrə ümumilikdə 40647 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 27160 nəfər birinci doza, 13487 nəfər isə ikinci doza peyvənd olunmuşdur.
Vaksin olunan vətəndaşlar koronavirus əleyhinə vaksinin ölkəyə gətirilməsini və əhalinin müxtəlif qrupları üçün əlçatanlığını təmin etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.

Əlişirin Əliyev,
Sabirabad RMX-nın Poliklinika şöbəsinin müdiri



Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter