• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Milli Mətbuat Günü. “Muğanın səsi” bölgə həyatının canlı salnaməsidir

  • 21.07.2021, 18:34, Baxış sayı:
  • 506
Milli Mətbuat Günü.  “Muğanın səsi” bölgə  həyatının canlı salnaməsidir
Artıq 10 aydır ki, “Muğanın səsi” yüksək poliqrafik A2 formatında həftəlik nəşr
olunur. Qəzetin “muganinsesi.az” internet səhifəsi hər saat isti xəbərlərlə yenilənir. Youtube platformasında “STV”(Sabirabad TV) ən vacib hadisələri əhaliyə çatdırır.


Elə vəzifəli şəxslər var ki, qəzetin abunə yazılışına bu və ya digər formada mane olmağa çalışırlar. Tənqiddən küsən, narazı qalan vəzifəli şəxslər bəzən özlərinin, yaxın qohum-əqrabalarının, ətraflarının nöqsanlarının tənqidinə dözümsüzlük göstərirlər. Rayonumuzda elə yuxarı vəzifəli şəxslər də var ki, yerli medianın fəaliyyəti onlarda allergiya yaradır. Əmin edirik ki, onları da Sizə tanıdacağıq. Korrupsiyanın ağuşunda xumarlanan belələri, necə deyərlər, öz gözlərində “tiri”i görmədiklərindən ona-buna “xox” gəlməklə məşğuldurlar.


Azərbaycan mətbuatının şanlı, fəxr edilməli tarixi var. Çünki, Milli mətbuatımız xalqımızın azadlıq düşüncəsinin, milli varlığının, milli birliyinin formalaşmasında mühüm rol oynamışdır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzeti XIX əsrin sonlarına yaxın xalqımızın maariflənməsində, öz hüquq və azadlıqları uğrunda səfərbər olmasında üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirmişdir. Zəmanəsinin böyük fikir və amal sahibi olan Həsən bəy Zərdabi hər cür məhrumiyyətlərə mərdliklə sinə gərərək qəzetçiliyin və jurnalistikamızın ilk məktəbini yaratdı və bu məktəb sayəsində sonralar mətbuat tariximiz bir-birindən dəyərli nəşrlərlə daha da zənginləşdi.
Mətbuatın inkişafında ötən əsrin 70-80-ci və 90-cı illərini xüsusilə qeyd etmək lazımdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bu illərdə mətbuatımızın maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşdırılmış, jurnalist kadrlarının hazırlığının təkmilləşdirilməsi üçün mühüm qərarlar qəbul edilmişdir. Heydər Əliyev jurnalistlərin böyük dostu və himayədarı idi. Ulu Öndər tərəfindən formalaşan media siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir şəraitə uyğun olaraq daha da təkmil şəkildə, jurnalistlərin maddi və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələrlə davam etdirilir.
Mətbuatımızın bir qolu da bölgə qəzetləridir. Hələ sovetlər birliyi vaxtından rayon qəzetləri yerlərdə hakim ideologiyanın təbliğini həyata keçirməklə yanaşı, bölgələrin tarixinin, milli dəyərlərinin, xalq yaradıcılığının təbliğində mühüm işlər gördülər. Sözə ürəkdən bağlanan, ilk yaradıcılıq axtarışlarına burada başlayan Azərbaycanımızın bir çox tanınmış qələm sahiblərinin ilk yazıları məhz rayon qəzetlərində dərc olunurdu. Rayonumuzun timsalında da bunu aydın görürük.
Qəzetimiz 1930-ci ildən bu günədək fəaliyyətini davam etdirir. 1930-1962-ci ilədək “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət ötən il qəzetin 30 illik tarixi adının geri qaytarılması barədə əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq “Muğanın səsi” yenidən həyata vəsiqə aldı.
Rayon qəzeti bölgə həyatının canlı salnaməsidir. Bu bir həqiqətdir ki, heç bir nəşr rayon qəzeti qədər əhatə etdiyi bölgənin mənzərəsini canlandırmaq imkanına malik deyil. Bunu 91 ildən çox fəaliyyət göstərən qəzetimizin timsalında aydın şəkildə görmək olar. Qəzetimiz mənsub olduğu rayonumuzun real görüntülərini az qala bir əsrə yaxındır ki, öz səhifələrində yaşatmaqdadır. Nəsillər, ictimai quruluşlar dəyişir, amma Sabirabad sakininin qəzetimizə olan marağı öz yerindədir. “Muğanın səsi” qəzeti indiki ciddi rəqabət şəraitində öz dəst-xəttini saxlamağı bacarmışdır.
Etiraf edim ki, rayon qəzetlərinin paytaxtda nəşr olunan qəzetlərlə müqayisədə çətinlikləri daha çoxdur. Lakin biz heç vaxt çətinlikdən, problemlərdən gileylənib yolumuzdan geri çəkilməmişik. İndi redaksiyamızın otaqlarının birində sərgilənən çoxlu sayda yaradıcılıq müsabiqələrinin diplomları, təşəkkür məktubları hər bir əməkdaşın illər boyu apardığı axtarışların bəhrəsidir. Qəzetin də çətin günləri az olmayıb. Maliyyə və maddi-texniki cəhətdən imkanlarımız məhdud olsa da, qəzet əməkdaşların dünən də, bu gün də mübarizlik ruhunun hesabına sözün keşiyində dəyanətlə dayanmağı bacarmışlar.
Bölgələrdə qəzetlərin yaşaması rayon rəhbərlərinin bu sahəyə münasibətindən bilavasitə asılıdır. “Muğanın səsi” qəzetinin son ildəki uğurlu fəaliyyətində rayonumuzun icra başçısı Siraqəddin Cabbarovun dəstəyini yaxından hiss etmişik. Onun təşəbbüsü ilə qəzetimizin binası 2020-ci ildə təmir edilərək redaksiyaya verilmişdir. Lakin, elə vəzifəli şəxslər var ki, abunə yazılışına bu və ya digər formada mane olmağa çalışırlar. Tənqiddən küsən, narazı qalan vəzifəli şəxslər bəzən özlərinin, yaxın qohum-əqrabalarının, ətraflarının nöqsanlarının tənqidinə dözümsüzlük göstərirlər. Rayonumuzda elə yuxarı vəzifəli şəxslər də var ki, yerli medianın fəaliyyəti onlar da allergiya yaradır. Əmin edirik ki, onları da Sizə tanıdacağıq. Korrupsiyanın ağuşunda xumarlanan belələri, necə deyərlər, öz gözlərində “tiri”i görmədiklərindən ona-buna “xox” gəlməklə məşğuldurlar. Xalq şairi Zəlimxan Yaqub bəlkə də belələrini nəzərdə tutub deyib:
Çaşmayın,
Yerlİ, yersİz həddİnizİ aşmayın...
Belələri hələ də ölkə Prezidentinin dönə-dönə dediyi “...bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir” tövsiyələrindən nəticə çıxarmayıblar.
Əmin olun ki, bundan sonra da cəmiyyətimizin inkişafına əngəl olanlara qarşı ardıcıl mübarizə aparacaq, bütün sahələrdə nöqsan və çatışmazlıqları açıb göstərəcək və ehtiram qazananları da Sizə tanıdacaq, yalançı və böhtançılara da sözümüzü deyəcəyik. Haqq-ədalət carçısı olmaq üçün düzü-düz, əyrini-əyri yazmağı qarşımıza məqsəd qoymuşuq. Ədalət işimizin əsas prinsipidir.
Məqsədimizə nail olmaq üçün oxucularımızın köməyinə ehtiyacımız böyükdür. Cənab Prezidentin dediyi kimi, “...ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir”.
Bundan sonra da deyilənlərdən nəticə çıxarıb iş görənlərin ünvanına xoş sözlər deyəcək, laqeydlik, biganəlik və məsuliyyətsizlik göstərənlərə isə cavabımız sərt və qəti olacaqdır.
İyulun 22-də peşə bayramını qeyd edəcək bütün həmkarlarımızı, həmçinin mediyaya bağlı olan bütün oxucularımızı "Muğanin səsi" kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

İlham ƏSGƏROV,
“Muğanın səsi”
qəzetinin Baş redaktoru



Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter