• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda tibbi xidmət yaxşılaşdırılıb

  • 03.06.2021, 08:11, Baxış sayı:
  • 469
Sabirabadda tibbi xidmət yaxşılaşdırılıb
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin aprel ayı ərzində 59 şəhər və rayonda vətəndaşlara 1 milyon 476 min 971 tibbi xidmət göstərilib.
Agentlikdən verilən məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 683 min 71 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 259 min 230-u ambulator, 217 min 741-i isə stasionar şəraitdə göstərilib.
Bu ilin aprel ayı ərzində tibbi ərazi bölmələri (TƏB) üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir:
Bərdə-Yevlax TƏB (323 min 61), Quba-Xaçmaz TƏB (208 min 460), Şəki-Zaqatala TƏB (200 min 690), Gəncə TƏB (186 min 959), Göyçay-Kürdəmir TƏB (110 min 76), Dağlıq Şirvan TƏB (103 min 678), Şəmkir-Tovuz TƏB (98 min 691), Ağdam-Ağcabədi TƏB (79 min 652), İmişli-Sabirabad TƏB (66 min 910), Lənkəran TƏB (54 min 310) və Cəlilabad-Salyan TƏB (44 min 484).
Sabirabadın Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter